Yeni yaradılan 9.32 mln. manatlıq şirkət ləğv olunur AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir müddət əvvəl “Sabunçu Sənaye İstehsal” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yaradılan “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.
Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Şirkətin ləğv olunduğunu elan etməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1040 Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, ötən ilin sentyabr ayında “Sabunçu Sənaye İstehsal” ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılıb. Bununla əlaqədar “Sabunçu Sənaye İstehsal” ASC-nin ümumilikdə 1 141 594 manat dəyərində 570.797 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb. “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sabunçu Sənaye İstehsal” ASC-nin hüquqi varisidir.
Qeyd edək ki, “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 9.32 mln. manatdır. Qanuni təmsilçisi və direktoru Qarayeva Könül İsmayıl qızıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 08 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















