Icma.az
close
up
RU
Yeni yaradılan ixtisaslara GƏLƏN İLDƏN qəbul keçiriləcək

Yeni yaradılan ixtisaslara GƏLƏN İLDƏN qəbul keçiriləcək

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib. “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib.

Rəsmi açıqlamada bildirilib ki, yeni ixtisaslara aid təhsil proqramlarının hazırlanması təşəbbüsü ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub.

"Bu dəyişikliklər əsasən maraqlı tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək. Maraqlı tərəflər dedikdə, işəgötürənlər, sahibkarlar, müxtəlif assosiasiyalar və ali təhsil müəssisələri nəzərdə tutulur. Onlar uyğun ixtisaslara dair təkliflərini müvafiq ali təhsil müəssisələrinə təqdim etməlidirlər", - elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib.

Modern.az yeni ixtisaslarla bağlı təhsil eksperti Elçin Əfəndi ilə həmsöhbət olub.

O qeyd edib ki, növbəti ildən yeni yaradılacaq ixtisaslara tələbə qəbulu keçiriləcək.

“Onların içərisində yalnız data analitikası ixtisası magistratura pilləsində mövcud idi. Həmin ixtisasa artıq bakalvr pilləsində də kadr hazırlığı keçirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi. Bu ixtisaslara tələbat var. Dövrün tələblərinə əsasən bu ixtisaslar bakalavr pilləsində artıq yer almalıdır”, - ekspert vurğulayıb.

Elçin Əfəndi bir sıra ixtisasların da təsnifata salınmasını təklif edib.

“Düşünürəm ki, növbəti illərdə aşağıdakı ixtisaslar da ali təhsil müəssisələrində yer almalı və tələbə qəbulu həyata keçirilərək kadr hazırlığı aparılmalıdır.

- Kibertəhlükəsizlik mühəndisi
- Maliyyə meneceri
- Data mühəndisi
- Səhiyyə mühəndisi
- Psixi sağlamlıq mühəndisi
- Yeni energetika mühəndisi
- İnşaat mühəndisi
- İnnovasiya meneceri
- Süni intellekt mühəndisi
- Ağıllı şəhər və ev mühəndisi
- Rəqəmsal transformasiya üzrə mütəxəssis
- İqlim müdafiəçisi
- Big Data analitiki
- Biotexnologiya mühəndisi
- IoT mütəxəssisi
- Yeni materiallar mühəndisi
- Maliyyə texnologiya mühəndisi
- Ağıllı nəqliyyat mühəndisi
- Proqram tərtibatçıları
- Yaradıcılıq mühəndisi
- Onlayn müəllim
- Rəqəmsal marketinq mütəxəssisi
- Ətraf mühit mühəndisi
- Xəstəxana mühəndisi
- İnformasiya təhlükəsizliyi
- Tullantı meneceri
- Gen mühəndisi
- İstedadlar meneceri
- Elektron ticarət üzrə mütəxəssis
- Kvant maşın öyrənmə analitiki.

İxtisaslara tələbatın olması o deməkdir ki, əmək bazarında informasiya texnologiyalarının inkişafı və bundan irəli gələn digər amillərdən asılı olaraq yeni ixtisas sahiblərinə ehtiyac var. O nöqteyi nəzərdən də yeni ixtisas sahələri açılır. Yaxın 10 il ərzində ölkəmizdə bu ixtisaslara da qəbulu görəcəyimizə əminəm.  Yeni ixtisasların yalnız təhsil deyil, sferalarda da təsirləri görə biləcəyik. Burada maliyyə, hüquq, sosial, siyasət, iqtisadiyyat və digər sahələrdə bu təsirləri görəcəyik. Bu istiqamətlərdə yeni dövrün tələblərinə uyğun kadr hazırlığının keçirilməsi məhz həmin istiqamətin inkişaf etməsinə gətirib çıxaracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri