Yeni yaradılan polipropilen və laminatlı kisə istehsalı müəssisəsində 140 nəfər çalışacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Layihə çərçivəsində illik 1440 ton polipropilen və 1680 ton laminatlı kisə istehsalı planlaşdırılır.
APA xəbər verir ki, bunu “Nun” MMC-nin direktoru Ələsgər Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Direktor qeyd edib ki, “Nun” MMC hazırda kisə istehsalı ilə məşğul olan sənaye müəssisəsidir.
“Şirkətimizə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi verilib. Hazırda istehsalımız müvəqqəti olaraq başqa ərazidə həyata keçirilsə də, bu layihə çərçivəsində yeni və müasir istehsal sahəsinin sənaye parkının ərazisində qurulması nəzərdə tutulur”,- Ə. Mustafayev bildirib.
Onun sözlərinə görə layihənin məqsədi daxili bazarın tələbatını ödəməkdir: “İstehsal olunacaq kisələr əsasən kənd təsərrüfatı, sənaye və tikinti sahələrində qablaşdırma üçün istifadə ediləcək. İstehsalda əsas xammal kimi “SOCAR Polymer” müəssisəsinin yerli polipropilen məhsullarından istifadə olunacaq”.
O qeyd edib ki, istehsal prosesi Almaniya texnologiyası əsasında qurulacaq, bu da məhsulların keyfiyyətinin yüksək səviyyədə olmasına imkan verəcək.
“Layihənin ümumi dəyəri 11,2 milyon manatdır. Maliyyələşmənin 70 faizi təsisçi vəsaiti, 30 faizi isə güzəştli kredit hesabına təmin olunur. Layihə nəticəsində 140 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu müəssisə yerli istehsalın genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcəkdir”, - direktor vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 29 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















