Icma.az
close
up
RU
Yeni yayılan virus ölümə gətirib çıxara bilər Həkimdən XƏBƏRDARLIQ

Yeni yayılan virus ölümə gətirib çıxara bilər Həkimdən XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Son günlər Çində yayılan yeni virus xəbərləri dünyada olduğu kimi Azərbaycanda da narahatlıq yaradıb. Çünki ölkəmizdə də böyüklər və kiçiklər arasında xəstəliklər yayılıb. Onlar ürəkbulanma, qızdırma, qarınağrısı, halsızlıq kimi hallardan iştirak edir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a verdiyi açıqlamada bu virusun yeni olmadığını və "İnsan Metapnevmovirusu" adlanan infeksiya qrupuna aid olduğunu bildirdi:

"Çində yeni yayılan virus yeni deyil. Bu, soyuqdəymə xəstəlikləri qrupuna aiddir və xüsusilə də ağırlaşmaya və ağır gedişə meyllidir. Bu da yuxarı tənəffüs yollarının iltihabı ilə başlayır. Burun tutulması, boğaz ağrısı, hərarət, titrəmə və sonra getdikcə ağırlaşır. Ağciyərlərin pnevmoniyasına, nəfəs, tənəfüs çatışmazlığı, ölümə gətirib çıxara bilər. Xəstəlik çox ağır gedişə malikdir. Bu gün uşaqlar arasında bu infeksiyanın geniş yayılması bu cür şübhələrə əsas verir ki, bizdə də bunun olması realdır. Çünki Çinin Azərbaycan, eləcə də bütün dünya ilə ticarət əlaqələri var. İnfeksiyanın da çox vaxt ordan yayılmasını biz müşahidə edirik. Amma bununla bağlı ortada rəsmi bir rəy yoxdur. Biz sadəcə klinik gedişə görə bu cür şübhələnirik. Amma ondan başqa "Omicron" ştammının mutasiya variantları davam edir. Hər il olduğu kimi ölkədə qrip, viruslar var".

Professor pandemiya dövründə insanların karantin qaydalarına etinasız yanaşmasının yoluxma sayını artırdığına diqqət çəkərək, bu təcrübədən dərs çıxarmağın vacibliyini qeyd etdi.

"İnsanlar karantin qaydalarına əməl etməlidirlər və yenə də təəssüflər olsun ki, bizim camaat buna həmişə lağla və etinasız yanaşır. Pandemiya vaxtı biz bunu gördük. Bu da yoluxmaların sayını artırır. Yoluxmalar zamanı virus yükünü artırır və biz onun-bunun resepti, məsləhəti ilə hərəkət etməməliyik. Həkim məsləhəti ilə ancaq hərəkət etməliyik. Yataq rejimində olmalıyıq. Xəstələndiyimiz zaman çoxlu maye qəbul etməliyik. İntoksikasiyanın qarşısını almaq üçün düşünmək lazımdır və mümkün qədər xəstəlikdən ağırlaşmadan, az itkilərlə çıxmaq haqqında düşünsünlər", - deyə A.Qeybulla yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri