Icma.az
close
up
RU
“Yenidən tarix yazmağa hazıram” Nazim Sadıxov

“Yenidən tarix yazmağa hazıram” Nazim Sadıxov

Icma.az bildirir, Moderator.az portalına istinadən.

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night: Fiziev vs Torres turnirində braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq azərbaycanlı döyüşçü Nazim Sadıxov artıq Bakıdadır.

Moderator.az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.

Bakıya qayıtmasından məmnunluğunu ifadə edən Sadıxov bildirib:

"Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və sparrinq yoldaşlarım da mənimlə birlikdə gəliblər. Bu həftə hazırlıq prosesini yekunlaşdıracağıq, növbəti həftə isə çəki salma mərhələsi başlayacaq. Qarşıda bizi on günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik".

2025-ci ildə Azərbaycanda keçirilən UFC turnirindəki uğurlu çıxışını xatırlayan döyüşçü bu dəfə hədəflərinin daha yüksək olduğunu vurğulayıb:

"Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm".

Sonda azarkeşlərinə dəstəyə görə təşəkkür edən "Qara Canavar" ləqəbli idmançı onları iyunun 27-də arenaya səsləyib:

"Qara Canavar evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu şounu qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!”

Qeyd edək ki, UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində azarkeşlərin sevimlisinə çevrilmiş Şarabutdin “Shara Bullet” Maqomedov ilə braziliyalı Mişel Pereyra güclərini sınayacaqlar.

Turnir çərçivəsində azərbaycanlı idmançı Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyun 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri