Icma.az
close
up
RU
Yenidoğulmuşların gülüşünün SİRRİ

Yenidoğulmuşların gülüşünün SİRRİ

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur. 

Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluruq və bu gülüş bizi çox xoşbəxt edir.

Müxtəlif mədəniyyətlərdə yeni doğulmuş körpələrin təbəssümlərinin yaranmasına fərqli anlamlar verilir. Bir çox insanlar körpələrin mələklər tərəfindən güldürüldüyünü söyləsədə, tibb sahəsində işləyənlər bu cür təbəssümün refleksiv olduğuna inanırlar. Əslinə qalanda isə heç bir fikir təməlində faktlara əsaslanmır və fərziyə olaraq qalır. Bu məsələni incələmək və bir qədər tədqiqatlara əsaslanmaq bu məqalənin məqsədlərindən biridir.

İyirminci əsrin ikinci yarısına qədər yeni doğulmuş körpələrin davranışı əksəriyyəti refleksiv hesab olunurdu. Alimlər yeni doğulmuş körpələrin duyğularını hiss etmək və ifadə etmək qabiliyyətinin məhdud olduğunu və onlara qayğı göstərənlər ilə qarşılıqlı əlaqə qurmaq üçün kifayət qədər sosial təcrübəyə sahib olmadığını irəli sürürdülər.

Hətta yeni doğulmuş körpələrin böyüklər kimi ağrı hiss edə bilmədiklərinə, yəni bəzən ağrıkəsici istifadə etmədən ağrılı cərrahi əməliyyatlara məruz qaldıqlarına inanılırdı. Yalnız 1980-ci illərdə səhiyyə işçiləri ağrıdan yaranan stresin həqiqətən körpələr üçün həyati təhlükəli şoka və fəsadlara yol açdığını başa düşdülər.

Son 50 ildə yeni doğulmuş körpələrin yalnız refleksiv canlılar olmadığını göstərən və sübut edən dəlillər yavaş-yavaş toplandı. Körpələrin öz bədənini aktiv şəkildə tənzimləmək üçün kifayət qədər səlahiyyətli olduqları açıqlandı.  Məsələn, stresdən yayınmaq üçün yuxuya gedə bilərlər, ya da stimullaşdırma və daha çox qarşılıqlı əlaqəyə ehtiyac duyarlarsa təlaşlanaraq ağlaya bilərlər. Həyatın ilk 36 saatı bir gülümsəməni təqlid edə bilirlər və hətta həyatın ilk günündən etibarən əvvəlki təcrübələrindən öyrənib faydalana bilirlər.

Bunlara baxmayaraq, xoşbəxtlik və sevinc kimi hisslərə gəldikdə, yeni doğulmuş körpələrin sosial cəhətdən səriştəli varlıqlar ola biləcəyinə şübhə ilə yanaşırıq. 2000-ci illərin əvvəllərinə qədər yeni doğulmuş körpələrin yalnız əzələlərin seğirilməsi, penis ereksiyası, bağırsaq və ya sidik kisəsi hərəkətləri nəticəsində və ya ümumiyyətlə heç bir səbəb olmadan körpələrdə gülümsəmənin yaranmasına inanırdılar. Əksər tədqiqatlar və dərsliklər - hətta 21-ci əsrdə olsa da - ilk "sosial təbəssümün" yalnız həyatın ikinci ayından sonra baş verdiyini düşünürdülər.

Bunu təsdiqləyən dəlillər var idi. 1872-ci ildə Charles Darwin, duyğusal ifadələrin ümumbəşəri və fitri olduğunu müdafiə etdi və övladının 45 günündə ilk əsl təbəssümünü sənədləşdirdi. Dundee Universitetinin psixoloq-tədqiqatçısı Doktor Emese Nagy öz araşdırmalarının bu müşahidələri təkrarladığını qeyd edib. 957 valideyndən araşdırma üçün övladlarının təbəssümlərini müşahidə etmələrini və qeyd etmələrini xahiş edildiyində, ortalama dörd həftədən sonra körpələrinin ilk "sosial təbəssümlərinin" yaranmasını bildirdilər.

Tədqiqatçılar körpələri müşahidə etməyə başladıqda, ilk nəticələrinin valideynlərin çoxunun bildirdiklərindən çox fərqlənmədi. 1959-cu ildə "sosial təbəssümün" gülümsəmədən əvvəl göz təması axtarma kimi təyin olunduğu bir araşdırma, iştirak edən 400 uşağın heç birinin ilk həftə ərzində gülümsəmədiyini aşkar etdi. Yalnız körpələrin 11% -i iki həftəlik  olduqları zaman  sosial təbəssüm göstərdi . Təxminən 60% -i üç həftəyə yaxın sosial təbəssümlə üzləşdi və demək olar ki, hamısı ilk ay ərzində sosial təbəssümlə qarşılaşdılar.

Bəzi tədqiqatçılar hələ də erkən mərhələdə körpələrdə bir təbəssüm aşkar edə bilmirlər və sosial dünyayla heç əlaqəli olmayan bir çox təbəssümün yuxuda olduğunu qeyd edirlər. Doğrudan da, 4D ultrasəs istifadə edərək ana bətnində müşahidə olunan döllər də ən az 23 həftəlik hamiləlikdən bəri gülümsəyirlər. Ancaq digər tədqiqatlar göstərir ki, yenidoğulmuş körpələr nadir hallarda gülümsəyirlər (bəzi birgünlük körpələr dörd dəqiqədə bir dəfədən çox gülümsəmirdilər). İndi isə sual yaranır, bu gülüşlər nəyi ifadə edir?

Uzun müddətdir yenidoğulmuş körpələrdə gülümsəmələrin müəyyən dərəcədə müsbət emosiyalara işarə edə biləcəyinə dair əlamətlər mövcuddur. Təbəssüm həyatın ilk bir neçə günündə körpələrin yanağını və ya qarnını sığallamağa reaksiya olaraq görülürdü. Eyni zamanda yenidoğulanlar şirin dadlara və qoxulara cavab olaraq gülümsəyirlər. Bu nəticələr on illər əvvəl təbəssümün tamamilə fitri refleks olaraq qəbul edildiyi zaman dərc edilmişdir. O dövrdə elm adamlarının onları emosional kimi şərh etməmələrinin səbəbi qismən təbəssümlərin sosial təbəssümlərdən fərqli olması idi.

“Düşen” təbəssümü adlanan "həqiqi" təbəssüm yalnız ağzı kənara və yuxarıya çəkən əsas əzələləri deyil, göz ətrafındakı əzələlərə də təsir edir. Neonatal təbəssümün yalnız ağız nahiyəsinə təsir etdiyinə inanılırdı. Bununla birlikdə, elm adamları, xüsusi bir kodlama sistemi istifadə edərək üz hərəkətlərini, parça parça şəklində analiz etdikdə, gülümsəmələrin tez-tez yanaqlar və gözlərin hərəkətləri ilə müşayiət olunduğu göstərdi.

O vaxtdan bəri, getdikcə daha çox araşdırma yenidoğulmuş körpələrin oyandıqda gülümsəməsini və bu təbəssümlərin həqiqi sosial təbəssümlərə çox bənzədiyini göstərdi. Yenidoğulmuşlar interaktiv olaraq oyaq olduqda yuxuda olduqlarından iki qat daha çox gülümsəyirlər - bu da sosial amillərin qarışa biləcəyinin daha bir sübutu. Üstəlik, körpələr tez-tez gülümsəmədən əvvəl yanaqlarını və qaşlarını tərpətməyə başlayırlar, sanki diqqətlərini baxıcının üzünə yönəldirlər. Beləliklə, bu yeni doğulmuş körpələrin həqiqətən gülümsəmək istədiklərəni göstərir.

Körpələr bir təbəssümün gücünü erkən öyrənirlər. Valideynlər və ya uşaqların qayğısına qalan insanlar tez-tez yenidoğulmuş körpələrinə gülümsəsələr də, bu davranış körpənin vəziyyətindən asılı olacaq - körpə ağlayırsa, gülümsəmələri təbii ki daha az olacaq. Nəticədə, körpələr tez bir zamanda valideynlərinin davranışlarını tənzimləmək üçün əlamətdar bir qabiliyyət qazanırlar. Bir uşaq göz təması qurarsa, gözlərini qırpır və gülümsəyirsə, valideynin güləcəyi ehtimalı böyükdür və onun təbəssümü mükafatlandırılacaqdır.

Təəccüblü deyil ki, analar üzərində aparılan tədqiqatlar, körpələrinin təbəssümlərindən - neyrofizioloji səviyyədə də olsa, dərin bir şəkildə təsirləndiklərini göstərdi. Bir tədqiqat zamanı MRI skanerindən istifadə edilərək analarda beyin aktivliyi ölçüldü. Analar körpəsini gülərüz gördükdə, amigdala və limbik sistem daxil olmaqla duyğuların işlənməsində iştirak edən beyin sahələrində aktivlik artdı. Beyinin mükafat sistemi olaraq bilinən beynin dopaminerjik bölgələri də çox aktiv idi.

Burda ayna neyronlarının təsiri haqqında da danışmaq istərdim. Bəzi tədqiqatçılar körpələrin öz valideynləri ilə bağlanma qurması və empatiyanın yaranması üçün məhz bu neyronların fəaliyyətə keçməsi ilə əlaqələndirirlər. Əsasında təqlid mexanizmi duran aynalama prosesi zamanı körpə gördüyü üz ifadələrini təkrar etməyə çalışır. Təbii ki, bizim körpəyə necə davranmağımızdan irəli gələrək, körpələr də eyni qayda ilə həmin davranışı öyrənib yadda saxlayırlar. Bu hal, davranışlarımızın, danışdıqlarımızın, körpələrlə necə münasibət qurmağımızın vacibliyini anlamağa bizə yardım edir. Körpələrimizin bizim hərəkətlərimizi  təqlid edib onlardan dərs almaq üçün, bizim bir valideyin kimi onlara yaxşı bir örnək olmamız gərəkir.

Təəssüf ki, yenidoğulmuş körpələrin davranış tədqiqatları hələ də azdır və müəyyən davranışların mənalarını şərh etmək üçün diqqətlə təhlil tələb olunur. Əlavə araşdırmalara ehtiyac olsa da, bu erkən təbəssümlərin sosial təsirləri olduğu güman edilə bilər. Bu sahədə bir çoxumuz üçün ən azından bu təbəssümlərin sadəcə bir refleksdən daha çox olduğu artıq aydındır.

Gülarə Rüstəmova

uşaq psixoloqu, perenatal psixoloq

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri