Icma.az
close
up
RU
Yeniyetmə qızı aldadıb qaçıran evli oğlanın atası qətlə yetirildi Xaçmazdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Yeniyetmə qızı aldadıb qaçıran evli oğlanın atası qətlə yetirildi Xaçmazdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz rayonunda kişi qızını boşayan kürəkəninin atasını qətlə yetirib.

Oxu.Az-ın məlumatına görə, hadisə Xaçmaz şəhəri ərazisində baş verib.

İttihama görə, hadisə qıza görə baş verib. Belə ki, 1967-ci il təvəllüdlü İlham Rüstəmovun oğlu Xalid Rüstəmov 2020-ci ildə ailə qursa da, 2024-cü ildə sosial şəbəkədə Fatimə adlı yeniyetmə qızla tanış olub. O, bir müddət qızla danışaraq onu sevdiyini və ailə qurmaq istədiyini bildirib. Fatimə də Xalidə inanaraq bu barədə ata-anasına məlumat verib. Fatimənin anası Xalidə qızından uzaq durmağı tapşırsa da, Xalid onun sözünü eşitməyib və Fatiməni sevdiyini deyib. Fatimə də ailə üzvlərinin sözünə qulaq asmayıb və Xalidlə sevgi münasibətləri başlayıb.

Xalid bir dəfə Bakıya gələrkən yolda Fatiməyə zəng vurub danışıb. Fatimə bildirib ki, o da evdən qaçıb Bakıya gələcək və onunla evlənəcək. Fatimə evdən qaçaraq Bakıya rəfiqəsigilə gəlib və Xalidi həmin ünvana çağırıb. Onlar həmin evdə cinsi əlaqədə olublar. Bundan sonra Xalid ona evli olduğunu bildirib. Xalid deyib ki, o, ailəli olsa da, həyat yoldaşını sevmir, Fatimə ilə evlənmək istəyir. Xalid Fatiməni götürüb Bakıda xalasıgilin evinə aparıb və orda qalacaqlarını bildirib. Bundan sonra Fatimə evlərinə zəng vuraraq, valideynlərinə bildirib ki, o, Xalidlə ailə həyatı qurub.

Məsələ ilə bağlı Fatimənin atası Rəhman Cavadov Xalidin atası İlham Rüstəmovla görüşüb, qızını geri qaytarmağı tələb edir. O bildirib ki, Xalid evli olduğu üçün onun qızı ilə ailə həyatı qura bilməz. İ.Rüstəmov isə bildirib ki, İslam dinində bir nəfərin iki dəfə evlənməsinə icazə var və onlar dini kəbin kəsdirə bilərlər.

Valideynlə arasında əldə edilən razılığa əsasən, Xalidlə Fatimə dini kəbin kəsdiriblər.

Rəhman Cavadov bildirib ki, əgər Xalid onun qızını boşasa, o, Xalidi öldürəcək. Valideynlər arasında bu cür razılıq əldə ediləndən sonra Xalidlə Fatimə Bakıda xalasıgilin evində yaşamağa davam ediblər.

Bir həftədən sonra Xalid Fatiməni xalasının evindən götürərək yenidən rəfiqəsinin evinə gətirib. Xalid bildirib ki, Işləri ilə bağlı rayona gedir, bir neçə günə ailəsini boşayıb, onun yanına qayıdacaq. Amma hadisədən bir ay keçməsinə baxmayaraq, Xalid geri qayıtmayıb.

Bunu eşidən Rəhman Cavadov İlham Rüstəmovla görüşüb, məsələni həll etmək istəyib. R.Cavadov İ.Rüstəmovdan 50 min manat tələb edib. İ.Rüstəmov onunla razılaşıb, bankdan pul götürərək qızın atasına 50 min manat verib.

Hadisədən bir neçə gün sonra Rəhman yenidən İlhama zəng edərək onu və oğlunu ölümlə hədələyib, ondan 70 min manat tələb edib. İlham ona verməyə pulu olmadığını bildirib.

Hadisədən əsəbiləşən Rəhman evlərindən bıçaq götürərək, İlhamın iş yerinin qarşısına gedib, həyətdə dayanaraq, İlhamın nahar fasiləsinə çıxmasını gözləyib. İlham Rüstəmov ofisdən nahar fasiləsinə çıxarkən Rəhman onun qarşısını kəsib və oğlu Xalidin yerini soruşub. İlham isə ona - "Bizim ailəmizdən əl çək, bizi narahat etmə", - deyib. Elə bu vaxt Rəhman əlindəki bıçaqla İlhama zərbə endirib. O, İlham Rüstəmovu 19 bıçaq zərbəsi ilə qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Rəhman Cavadov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə R.Cavadov 17 il müddətinə azadlıqdan məhrum edilir.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri