Icma.az
close
up
RU
Yeniyetmələr bu tipləri təqlid edir, onlardan davranış modeli götürür və nəticədə... Sosioloq

Yeniyetmələr bu tipləri təqlid edir, onlardan davranış modeli götürür və nəticədə... Sosioloq

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda 15 yaşlı oğlan anasını və nənəsini qətlə yetirib. İyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məsələ ilə bağlı Demokrat.az-ın sualını cavablandıran sosioloq Mail Yaqub bildirib ki, 15 yaşlı bir yeniyetmənin anasını və nənəsini qətlə yetirməsi dəhşətli və sarsıdıcı bir hadisədir:
“Bu faciənin kökündə hansı səbəblər dayana bilər? Birinci səbəb ailədaxili münasibətlər ola bilər. Əgər uşaq daim təhqir, alçaldılma və mənəvi təzyiqlə qarşılaşırsa, zamanla onun daxilində yığılan aqressiya belə bir fəlakətə səbəb ola bilər. Təbii ki, konkret olaraq bu ailədə belə olub-olmadığını demək çətindir, amma bu, real səbəb ola bilər. İkinci ciddi səbəb sosial şəbəkələrin zərərli təsiridir. Təəssüflə qeyd etməliyik ki, bəzi bloqer adlanan şəxslər öz səviyyəsiz, zərərli, aqressiyanı təşviq edən davranışları ilə gənclərə pis örnək olurlar”. 
Sosioloq əlavə edib ki, yeniyetmələr bu tipləri təqlid edir, onlardan davranış modeli götürür və nəticədə cəmiyyət üçün təhlükəli olurlar:
“Üçüncü səbəb isə ətraf mühit və dost seçimidir. Valideynlərin nəzarətindən kənarda olan münasibətlər uşaqları yanlış yollara sürükləyə bilər. Ona görə də daim deyirik ki, valideynlər övladlarının kimlə oturub-durduğuna, hansı çevrədə formalaşdığına diqqət yetirməlidir.  Nəticələrin qarşısını almaq üçün səbəbləri aradan qaldırmaq vacibdir. Amma Azərbaycanda bu istiqamətdə yetərincə sistemli və ciddi iş aparılırmı? Təəssüf ki, xeyr. Sosial şəbəkələrdə və televiziyada ailə psixologiyası, tərbiyə, etika ilə bağlı maarifləndirici proqramlar, çıxışlar çox azdır. Halbuki bu sahədə çalışan mütəxəssislər psixoloqlar, pedaqoqlar bu boşluğu doldurmalıdır. Cəmiyyətin gələcəyi üçün bu məsələ çox ciddi yanaşma tələb edir. Ailə, məktəb, media və dövlət birlikdə hərəkət etməli, psixoloji və mənəvi tərbiyəyə ciddi önəm verilməlidir.
Leyla Turan 
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri