Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, söhbət iki yeniyetməyə qarşı cinsi zorakılıq etməkdə ittiham olunan X.A-dan gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.A 19 il 11 ay 28 gün azadlıqdan məhrum edilib.
O, intihar həddinə çatdırma, seksual xarakterli zorakılıq hərəkətləri etmə və digər ağır maddələrlə təqsirli bilinib. Bu maddələrin sanksiyasının ən yuxarı həddi 20 ildir.
Qeyd edək ki, qonşuluqda yaşayan 55 yaşlı X.A. iki məktəblini yaşadığı evə işləmək üçün çağırıb. Sonradan uşaqların köməksiz vəziyyətindən istifadə edərək onlara qarşı seksual hərəkətlər edib.
Başına gətirilənlərə dözməyən yeniyetmələrdən biri özünü yaşadıqları evin həyətindəki taxta tirdən asıb. Onun asılmış meyitini məktəbdən qayıdan azyaşlı qardaşı görüb. Cinayətin üstü elə bu intihardan sonra açılıb.
Sail Ağasəlim

