Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Sosioloq boşanmalara görə qadınları ittiham etdi

Sosioloq boşanmalara görə qadınları ittiham etdi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Rəsmi statistikaya baxdıqda boşanmaq üçün müraciət edənlərin əksəriyyətinin məhz qadınlar olduğunu görürük. Buna səbəb nədir?
Demokrat.az
xəbər verir ki, modern.az mövzu ilə bağlı Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyevlə həmsöhbət olub.
“Boşanmalarda əsas təşəbbüskar olaraq qadınlar rol oynayır. Belə ki, ərizə verənlərin 70%-i qadınlardır. Cəmiyyət olaraq düşüncə transformasiyası yaşayırıq. Azərbaycanda tarixən kişi mərkəzli cəmiyyət mövcud olub. Belə ənənəvi cəmiyyətlərdə çox vaxt cəmiyyət ailə institutuna, insanlara nəzarət edirdi. Sovet dövrünə qədər və sovet dövründə də bu belə olub. Amma müstəqillik əldə ediləndən sonra qlobal dünyaya açıldıq, açıq cəmiyyətə inteqrasiya olduq. Digər ölkələrə səyahətlər, filmlər və seriallarla insanlar artıq dünya ilə tanış oldular. Bir vaxtlar boşanma ailə dramı kimi qəbul olunurdusa, artıq bu adi hal alıb. Düşüncə transformasiyası burada ilkin səbəbdir”.
Müsahibimiz bildirib ki, digər səbəb qadınların iqtisadi məşğul əhaliyə çevrilməyə başlamasıdır:
“Əvvəllər qadınlar daha çox evdar olduqların üçün kişidən iqtisadi olaraq asılı idilər. Hətta müxtəlif çətinliklərə dözürdülər. Çünki bilirdilər ki, boşansalar həyatları çətin olacaq. Həm də ictimai qınağa görə kişilər və qadınlar boşanmamağa çalışırdılar. Qadınlar iqtisadi məşğul əhaliyə çevriləndən sonra daha eqoist, bəncil yaşamağa başladılar. Bunun bir səbəbi də Qərb tərəfdən Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün həyata keçirilən layihələr oldu. Yəni qadınları gender, hüquq bərabərliyi adı altında aqressiv dalğanın təsiri ilə “maarifləndirdilər”. Beləliklə də ölkəmizdə ailə böhranlarına şərait yaranmış oldu. Bəzi televerilişlərdə süni ailə dramlarının qoyulduğunu görürük. Bunun nəticəsində cəmiyyətdə qadın-kişi qarşıdurması körüklənir. Belə layihələrin hansı mənbədən qidalanması da sual altındadır. Bu verilişlərlə bağlı düşünmək lazımdır”.
Sosioloq qeyd edib ki, bu məsələdə digər bir məqam dünyada insanların, xüsilə qadınlarn uşaq qayğısı ilə yaşamaq istəməməsidir:
“Qadınlar artıq əvvəlki qaydalarla yaşamaq istəmir, kişilər də əvvəlki qayda ilə idarə edə bilmirlər. Qadınlar daha eqoist, hedonist, zövqə düşkün həyata meyillənirlər. Bu özünü həm boşanmaların statistikasında, həm də qadınların sərbəst həyata meyillərin artmasında göstərir. Cəmiyyətdə tütün və məmuatlarından istifadə edən, cinayət əməlləri törədən qadınların sayı çoxalıb. Yəni bütün bunlar nəticəyə gəlməyə imkan verir ki, qadınlar arasında eqoist və hedonist həyata maraq daha çoxalıb. Bu gün Azərbaycanda qadınların neçə faizi təbii doğuş həyata keçirir?! Onlar müxtəlif bəhanələrlə, bədənlərini fit saxlamaq üçün təbii doğuş etmirlər. Bu da uşaqlar üçün travmatik situasiya yaradır. İkinci tərəfdən, görək qadınların neçə faizi uşaqları ana südü ilə qidalandırır?! Bütün bunlar o deməkdir ki, qadınlar daha eqoist, özünü düşünən olmağa başlayıb. Bizdə klassik ailə dəyərləri böyük ölçüdə böhran yaşayır. Ölkəmizdə mövcud arxetiplər zəifləyib”.
Ü.Şəfiyev sonda vurğulayıb ki, bu gün ölkəmizə baxılan serialların baş qəhrəmanları vətəndaş nikahından uşaq dünyaya gətirir:
“Əvvəllər bu kimi hallara çox pis yanaşılırdı. Amma bu gün seriallar vasaitəsilə sanki vətəndaş nikahı təbliğ olunur. Bütün bunlar neqativ tendensiyalardır. Bunun qarşısını almaq üçün ilk növbədə televiziyalar verilişlərində korrektələr edilməlidir. Məsələn, boşanmış qadınların təmtəraqlı həyatları təbliğ olunur. Bir dənə də olsun örnək evdar qadından bəhs edən veriliş yoxdur, amma hər gün boşanmış qadınların təmtəraqlı həyatı təbliğ olunu. Bu da şübhəsiz ki, qadınlara təsir göstərir. Təklif edərdim ki, verilişlərdə örnək ailələrin təbliğatı aparılsın, belə ailələr nümayiş olunsun. Eyni zamanda məşhur imzalar boşanmanı təbliğ edirlər, bu yolverilməzdir. Media haqqında qanunda bu məsələlər tənzimlənməlidir. Evdar xanımlarla bağlı dəstəkləyici tədbirlər görmək, ailəli qadınların nüfuzunu qaldırmaq lazımdır”.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri