Yeniyetməyə 7 il 6 ay həbs verildi KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəmkir rayonun Mahmudlu kəndində İ.Abdullayevin qətlində təqsirli bilinən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KONKRET.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib.
İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.
A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















