Yenot pəhrizə salındı
Manset saytına istinadən Icma.az xəbər verir.
Zelenoqradda yenot Şeldon artıq çəkiyə görə pəhriz saxlayıb.
Manset.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, yanvarın 21-də xarici mediada məlumat verilib.
Klinikanın mütəxəssisləri bildiriblər ki, yenotun artıq 10 kq çəkisi var və bu kilolar ona çətinlik yaradıb. Belə ki, heyvan bədəninin müəyyən hissələrinə çata və hərəkətlərini düzgün həyata keçirə bilmir. Bu səbəbdən Şeldonun artıq çəkisi dəri səpgiləri yaradıb.
Heyvana müalicə kursu və arıqlamaq üçün pəhriz təyin edilb. Baytarların fikrincə, yenotlar həddən artıq yeməyə meyllidirlər və tez-tez insan süfrəsindən yeməklər dilənirlər.
"Sahiblər yenotun manipulyasiyalarına təslim olmamalı və ciddi şəkildə müəyyən edilmiş pəhrizə uyğun qidalanmalıdırlar", - ekspertlər deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 23 Yanvar 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















