Icma.az
close
up
RU
Yəqin ki, bunu Emin Əmrullayev bilmir

Yəqin ki, bunu Emin Əmrullayev bilmir

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Mətanət Əliverdiyeva ibtidai sinif şagirdlərinin hazırlığa göndərilməsi ilə bağlı valideynlərin narahatlığını dilə gətirib.

Axşam.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb:

"Mənim 1-ci sinifdə oxuyan övladım yoxdur. Son zamanlar sosial şəbəkələrdə mənə yazırlar və görürəm ki, analar nədən şikayət edirlər. 1-ci sinif şagirdlərinin 6 yaşları olur. Amma 5 yaşından biz onları məktəbəqədər hazırlığa göndərdik ki, sonra dərslərini yaxşı oxusunlar. Amma bizim dövrümüzdə 7 yaş olmadan məktəbə götürmürdülər.

İbtidai sinif müəllimlərindən xahişim var. Uşaqlar hər şeyi qavramaq iqtidarında deyil. 6 yaşında olan uşağı hansısa fəndən zəif olduğu üçün hazırlığa göndərmək nə deməkdir? Bu uşaq olimpiadaya gedir, yoxsa universitetə hazırlaşır? Analara "mən bacarmıram, hazırlığa göndərin" söyləmək nə deməkdir axı? Bu tələb Sumqayıt məktəblərindən gəlir. Mən hələ Bakını kənara qoymuşam.

O vaxt bizim sinifdə 45 şagird var idi. Müəllimimiz hamımızı öyrədirdi. Məni evdə anam öyrətməmişdi. Müəllim özünü əziyyətə verib hər şeyi izah edirdi. Amma indi uşaq oxuya bilmir, müəllim deyir ki, uşağı hazırlığa qoyun. Niyə? Məktəb nə üçündür? Birinci sinifdir, 6 yaşı var.

Ona görə də siz hazırlıqlı olun, bunu hamıya şamil etmirəm. Mən dərslikdən, oradakı ağırlıqdan danışmadım. Amma bu yaşda uşağı məşğələyə göndərmək sizin hazırlıqsızlığınızdır. Ana cibindən pulu hazırlığa verəcəksə, ibtidai sinif müəllimi niyə maaş alır?

Yəqin ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bilmir. Bilsəydi, tədbir görərdilər. Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Onun işi az idi, biri də buradan çıxdı. Çünki valideynlər artıq neçə gündür ki, bu məsələ ilə bağlı müraciət edirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Dekabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri