Icma.az
close
up
RU
“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb.

COP29 Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 18 yaşadək uşaq və yeniyetmələr üçün 11 oktyabr-2 noyabr tarixləri arasında keçirilmiş “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında baş tutan və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə ümumilikdə 11 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar və “Reza Visual Academy”-nin təsisçisi tərəfindən şəxsi mentorluq təqdim olunub.10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Norveç, İtaliya, Danimarka, Avstriya, İrlandiya, Macarıstan, Estoniya, Albaniya, Türkiyə, Malta, Pakistan, Əfqanıstan, İran, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Misir, Əlcəzair, Anqola, Ekvador, Efiopiya, Nigeriya, Nepal, Cənubi Afrika, İndoneziya, Malayziya, Myanma, Filippin, Şri-Lanka, Tayvan, Banqladeş, Kamerun, Meksika və Vyetnamdan beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub. Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.

Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir. Təbiətin gözəlliyi və ekoloji problemlərin aktuallığını əks etdirən bu diqqətəlayiq işlər müsabiqənin rəsmi veb-saytında da təqdim olunacaq.

Daha ətraflı məlumat əldə etmək və qalib fotoşəkillərlə tanış olmaq üçün bu veb-sayta daxil ola, suallarınızı [email protected] e-poçt ünvanına yönləndirmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Noyabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see190

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Sərinkeşin qarşısında yatmaq zərərlidir?

17 İyul 2025 22:06see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri