Icma.az
close
up
RU
“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb.

"Report"un xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 18 yaşadək uşaq və yeniyetmələr üçün 11 oktyabr-2 noyabr tarixləri arasında keçirilmiş “Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında baş tutan və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə ümumilikdə 11 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar və “Reza Visual Academy”-nin təsisçisi tərəfindən şəxsi mentorluq təqdim olunub.10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Norveç, İtaliya, Danimarka, Avstriya, İrlandiya, Macarıstan, Estoniya, Albaniya, Türkiyə, Malta, Pakistan, Əfqanıstan, İran, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Misir, Əlcəzair, Anqola, Ekvador, Efiopiya, Nigeriya, Nepal, Cənubi Afrika, İndoneziya, Malayziya, Myanma, Filippin, Şri-Lanka, Tayvan, Banqladeş, Kamerun, Meksika və Vyetnamdan beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub. Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.

Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir. Təbiətin gözəlliyi və ekoloji problemlərin aktuallığını əks etdirən bu diqqətəlayiq işlər müsabiqənin rəsmi veb-saytında da təqdim olunacaq.

Daha ətraflı məlumat əldə etmək və qalib fotoşəkillərlə tanış olmaq üçün https://childreneyes.earth veb-saytına daxil ola, suallarınızı [email protected] e-poçt ünvanına yönləndirə bilərsiniz.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri