Icma.az
close
up
RU
“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

“Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri elan olunub

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın himayəsi, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və "Reza Visual Academy” assosiasiyasının təsisçisi, həmçinin beynəlxalq müstəvidə tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən "Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə yekunlaşıb.

COP29 Əməliyyat Şirkətindən verilən xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 18 yaşadək uşaq və yeniyetmələr üçün 11 oktyabr-2 noyabr tarixləri arasında keçirilmiş "Yer kürəsi uşaqların gözləri ilə” adlı beynəlxalq fotomüsabiqə iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyıb, həmçinin gəncləri təbiətin gözəlliyi, eləcə də çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət edib.

"Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında baş tutan və 3000-dək fotoşəklin təqdim olunduğu müsabiqədə ümumilikdə 11 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb və hədiyyələrlə mükafatlandırılıb. Eyni kateqoriya üzrə Banqladeş, İran, İrlandiya və Birləşmiş Krallıqdan olan üç fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar və "Reza Visual Academy”-nin təsisçisi tərəfindən şəxsi mentorluq təqdim olunub.10 yaşadək kateqoriya üzrə isə Türkiyə, İsveçrə, Fransa və İrandan olan ilk beş finalçı mükəmməl təqdimatlarına görə həm münsiflər heyəti, həm də "Reza Visual Academy”, "Degati Agency” və "Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Ümumilikdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, Norveç, İtaliya, Danimarka, Avstriya, İrlandiya, Macarıstan, Estoniya, Albaniya, Türkiyə, Malta, Pakistan, Əfqanıstan, İran, Gürcüstan, Ukrayna, Rusiya, Avstraliya, Hindistan, Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Misir, Əlcəzair, Anqola, Ekvador, Efiopiya, Nigeriya, Nepal, Cənubi Afrika, İndoneziya, Malayziya, Myanma, Filippin, Şri-Lanka, Tayvan, Banqladeş, Kamerun, Meksika və Vyetnamdan beynəlxalq fotomüsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olub. Namizədlər müsabiqə çərçivəsində iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq, potensial həll yollarını vurğulamaq və planetimizi qorumaq üçün məsuliyyət hissini bölüşmək məqsədilə maraqlı fotoşəkillərdən istifadə ediblər.

Qaliblərin, eləcə də digər iştirakçıların fotoşəkilləri noyabrın 18-də saat 19:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. COP29-da iştirak edən çoxsaylı beynəlxalq qonaqların da sərgiyə qatılması gözlənir. Təbiətin gözəlliyi və ekoloji problemlərin aktuallığını əks etdirən bu diqqətəlayiq işlər müsabiqənin rəsmi veb-saytında da təqdim olunacaq.

Daha ətraflı məlumat əldə etmək və qalib fotoşəkillərlə tanış olmaq üçün bu veb-sayta daxil ola, suallarınızı [email protected] e-poçt ünvanına yönləndirmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see205

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see160

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see137

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri