Icma.az
close
up
RU
Yer kürəsinin həyati göstəriciləri narahatlıq doğurur HESABAT

Yer kürəsinin həyati göstəriciləri narahatlıq doğurur HESABAT

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yer kürəsində istilik rekordları və güclü fırtınalar artmaqdadır. Bununla belə, alimlər problemin həlli üçün hələ də ümid olduğunu bildirirlər. Bu yay və payızın əvvəlindən bəri demək olar ki, hər həftə rekord istilər və ya tarixi gücə malik fırtınalar haqqında xəbərlər yayılıb. İyul ayı ABŞ-ın materik hissəsində indiyədək qeydə alınmış ən isti ay olub. Kaliforniyada isə son dörd gün ərzində temperatur 100 dərəcə Farenheyt həddini keçib. Bu, qeydlər aparılmağa başlanandan bəri ən uzun belə dövr hesab olunur.

Sakit okeanda El-Ninyo hadisəsi ilə əlaqəli şərait fonunda son beş qasırğa gücünə və davametmə müddətinə görə yeni rekordlar müəyyən edib. Çərşənbə günü BioScience jurnalında dərc olunan yeddinci illik “İqlimin vəziyyəti” hesabatı 2026-cı ildə müşahidə olunanları elmi məlumatlarla təsdiqləyir: təhlükəli və proqnozlaşdırılması çətin iqlim şəraiti artıq reallığa çevrilib.

Tədqiqatda iqlim dəyişikliyinin 16 əsas göstəricisi, o cümlədən atmosferdə karbonun miqdarı, okeanların temperaturundakı dəyişikliklər və yanğınlarda məhv olan torpaq sahələri qiymətləndirilib. Oreqon Dövlət Universitetinin ekologiya professoru və araşdırmanın əsas müəllifi Uilyam J. Ripple bildirib ki, hazırda 30 yaşı olan insanlar öz ömürləri ərzində iqlim sistemində böyük və geri dönüşü çətin dəyişikliklərin şahidi ola bilərlər.

Bununla belə, problemin həlli üçün müəyyən ümidlər mövcuddur. Hesabatda geniş miqyasda tətbiq edildiyi təqdirdə iqlim dəyişikliyinin gedişatını dəyişə biləcək vasitələr də göstərilir. Aşağı karbon emissiyalı enerji texnologiyalarının inkişafı isə dünyanın yeni bir “Elektrik dövrünə” daxil ola biləcəyini göstərir.

İstixana qazları rekord həddə çatır

Hesabata əsasən, 2026-cı ildə ən çox təsir göstərən üç istixana qazının — karbon qazının, metanın və azot oksidinin — atmosferdəki səviyyəsi rekord həddə çatıb. Karbon qazının artmasının əsas səbəblərindən biri fosil yanacaqların yandırılmasıdır. Dünya əhalisi artdıqca neftə, təbii qaza və kömürə olan tələbat da yüksəlir.

Tədqiqatın nəticələrinə görə, 2025-ci ildə fosil yanacaqların ümumi istehlakı 0,9 faiz artıb. Enerji ilə əlaqəli karbon qazı emissiyaları isə ilk dəfə 41 milyard tonu ötüb. Əhalinin artması qidaya olan tələbatı da artırır. Adambaşına düşən ət istehsalı rekord səviyyədədir. Böyük miqdarda metan yaradan mal-qara və digər heyvanların sayının həftədə təxminən 700 min baş artdığı təxmin edilir.

Meşələr də yanğınlar nəticəsində məhv olmaqda davam edir. 2025-ci ildə yanğınlar 10,8 milyon hektar ərazini məhv edib. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.

Okeanlar istiləşir, buzlaqlar əriyir

Hesabat müəllifləri Yer kürəsində enerji balansının getdikcə pozulduğunu bildirirlər. Planet atmosferə daha çox enerji ötürür, eyni zamanda enerjini yenidən udmaq qabiliyyəti zəifləyir. Nəticədə okeanlar əvvəlkindən daha çox istilik udur. Buzlaqların qalınlığı və qütb bölgələrindəki buz kütləsi rekord dərəcədə azalır. Buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə, okeanların isə daha da istiləşməsinə səbəb olur.

Bu amillər iqlim sistemində bir-birini gücləndirən proseslər yaradır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, müəyyən kritik hədlər keçildikdən sonra bəzi dəyişiklikləri geri qaytarmaq mümkün olmaya bilər. Ripple xüsusilə Qrenlandiya və Antarktida buz örtüklərinin vəziyyətindən, Amazon meşələrindən və Atlantik okeanındakı su dövranının zəifləməsi ehtimalından narahat olduğunu bildirib.

Britaniya Kolumbiyası Universitetinin İqlim Gələcəyi Laboratoriyasının direktoru Meq Mills-Novoa da buz kütləsinin azalmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, bu göstəricilər təkcə iqlim dəyişikliyini deyil, həm də geri dönməyən dəyişikliklərin baş verə biləcəyini göstərir.

Bərpa olunan enerji ümid yaradır

Hesabatda müsbət dəyişikliklər də qeyd olunur. 2025-ci ildə bərpa olunan enerji ilk dəfə bir əsrdən artıq müddətdə qlobal enerji mənbəyi kimi kömürü geridə qoyub. Bərpa olunan enerji texnologiyalarının qiyməti də azalmağa davam edir. Elektrik avtomobillərinin yeni avtomobil satışlarındakı payı artıb və yeni rekordlar qeydə alınıb. 2025-ci ildə dünya üzrə elektrik enerjisinin təxminən 43 faizi aşağı karbon emissiyalı mənbələrdən əldə olunub.

Alimlər bu dəyişiklikləri “Elektrik dövrü”nə keçid kimi xarakterizə edirlər. Fosil yanacaqlardan istifadə hələ də artsa da, bu yanacaqlara olan tələbatla bərpa olunan enerji arasındakı fərq tədricən azalır. Mills-Novoa həll yollarından biri kimi Kaliforniyada suvarma kanallarının üzərində quraşdırılan günəş panellərini göstərib. Bu panellər həm suyun buxarlanmasını azaldır, həm də elektrik enerjisi istehsal edir.

Hesabatda digər həll yolları da təklif olunur.

Məsələn:

- Yeni manqrov meşələrinin salınması sahil ərazilərini güclü dalğalardan qoruya və karbonu udmağa kömək edə bilər.

- Paylanmış günəş enerjisi sistemləri fırtınalar zamanı elektrik təminatının davamlılığını artıra bilər.

- Təmiz enerji mənbələrindən istifadə karbon emissiyalarını yaradan yanacaqlardan asılılığı azalda bilər.

Ripplenin sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün kifayət qədər vasitələrimiz var, lakin onlardan lazım olan sürətlə istifadə etmirik.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri