Icma.az
close
up
RU
Yer planeti bu tarixdə məhv olacaq: Qorxunc ssenari gerçəkləşir

Yer planeti bu tarixdə məhv olacaq: Qorxunc ssenari gerçəkləşir

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Ulduzların təkamül ssenarisinə əsasən 5 milyard il sonra Günəşin yanacağı azaldıqca tarazlığı saxlaya bilmək üçün atmosferi şişməyə başlayacaq və Yer də daxil olmaqla bir çox planet məhv olacaq.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, müşahidələr göstərir ki, bəzi ulduz sistemləri bu mərhələdən planetləri ilə birlikdə çıxa biliblər. Belə ki, Kaliforniya Universitetindən astronom Keminq Çjanın rəhbərlik etdiyi qrup, qırmızı nəhəng mərhələsini keçərək ağ cırtdana çevrilmiş KMT-2020-BLG-0414-nin ətrafında Yer tipli planetin və qəhvəyi cırtdanın dolanmağa davam etdiyini kəşf ediblər.

Ulduz 2020-ci ildə qravitasiya mikrolinzalaması üsulu ilə “Korea Microlensing Telescope Network” teleskopu vasitəsilə kəşf olunub. Ulduzun ətrafında 1.9 Yer kütləli qayalı planetlə yanaşı, 22 a.v məsafədə təxminən 30 Yupiter kütləli qəhvəyi cırtdan dolanır. Alimlər düşünür ki, əvvəllər qayalı planet ulduzdan 1 a.v məsafədə dolanırmış, sonra isə indiki mövqeyinə sürüşüb. Qəhvəyi cırtdanın isə başlanğıcda 0.2 a.v məsafədə yerləşməsi fikri qrup tərəfindən təkzib olunub. Beləliklə, KMT-2020-BLG-0414 nümunəsində gələcəkdə Yerin də qırmızı nəhəng mərhələsini aşaraq yenə də Günəşin cazibəsində qalmaq şansı var. Qeyd edək ki, KMT-2020-BLG-0414-dan əlavə,  ömürlərinin sonuna çatmış bir neçə qırmızı nəhəngin də ətrafında planetlərinin hələ də dolanması müşahidə olunub.

Müasir modellərə və hesablamalara əsasən Günəş qırmızı nəhəngə çevrilməzdən əvvəl belə, temperaturun artması səbəbindən Yer kürəsində həyat indiki formada davam edə bilməyəcək. Nəticədə temperaturun dəyişməsi ilə həmin dövrdə “həyat zonası” Saturn və Yupiterin bəzi peyklərinə sürüşə bilər. Məlumdur ki, Yupiterin peyki Avropa yeraltı su okeanına malikdir. Saturnun peyki Titan isə bir çox xüsusiyyətlərinə görə Yerə bənzədiyi üçün gələcəkdə insanların “Yeni Evinin” məhz Titan olacağı ehtimalı böyükdür.

Tədqiqat işi “Nature Astronomy“ jurnalında çap olunub. Məqaləni bütövlükdə “arxiv.org” serverindən oxuya bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri