Icma.az
close
up
RU
Yer birdən dayansa nə baş verər? Elmi ssenari, qorxunc nəticələr

Yer birdən dayansa nə baş verər? Elmi ssenari, qorxunc nəticələr

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yer öz oxu ətrafında fırlandığı üçün gecə və gündüz yaranır.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, Yer öz oxu ətrafında saatda təxminən 1 600 kilometr sürətlə fırlanır.

Bu hərəkəti hiss etmirik, çünki hamımız eyni sürətlə hərəkət edirik. Bunu yeni relslər üzərində gedən bir qatar kimi təsəvvür etmək olar. Pəncərələr bağlı olsa, içəridə rahatlıqla gəzə bilər və demək olar ki, hərəkəti hiss etmərik. Hərəkəti yalnız sürət dəyişəndə anlayırıq.

Bəs, Yer dayansa nə olar?

Qatarın birdən dayandığını təsəvvür edək. İstəmədən irəli doğru atılardıq, çünki bədənimiz əvvəlki sürətlə hərəkəti davam etdirərdi. Bu hadisə XVII əsrdə Qalileo Qaliley tərəfindən izah edilib, daha sonra İsaak Nyutonun birinci qanunu olan ətalət qanunu ilə formullaşdırılıb. Yəni cisimə təsir edən qüvvə yoxdursa, o mövcud hərəkətini davam etdirməyə meyllidir. Yer birdən dayansaydı, canlılar və okeanlar şərqə doğru saatda min kilometrlərlə sürətlə hərəkəti davam etdirərdi.

Gecə və gündüz necə olardı?

Planet iki yarımkürəyə bölünər və gecə-gündüz növbələşməsi olmazdı. Bir yarımkürə daim Günəş işığında qalar, yandırıcı və bitməyən gündüz yaşayardı. Digəri isə sonsuz və çox soyuq gecəyə qərq olardı. Günəşin doğması və batması olmaz, yalnız bu iki zona arasında dar keçid zolağı qalardı.

Gecə səması da dəyişərdi. Ulduzlar göydə hərəkət edirmiş kimi görünür, çünki Yer fırlanır. Fırlanma olmasa, ulduzlar sabit qalardı və gecə yarımkürəsində həmişə eyni bürclər görünərdi. Zodiak anlayışı da mənasını itirərdi. Planetlər isə hər gecə göy üzünü başdan-başa keçməz, yalnız sabit ulduz fonu üzərində yavaş sürüşmə müşahidə olunardı. Bu, Yerın Günəş ətrafındakı həqiqi hərəkətini daha aydın göstərərdi.

Atmosfer və okeanlar nə olardı?

Hava mövcud sürətini saxlayaraq şərqə doğru saatda min kilometrləri aşan dağıdıcı küləklər yaradardı. Okeanlar isə planet miqyasında nəhəng dalğalar əmələ gətirərdi ki, bu dalğalar "Interstellar" filmindəki Miller planetindəki səhnələri xatırladan, qitələrə doğru irəliləyən sunami tipli dalğalar olardı.Həmçinin cazibə qüvvəsi də bir qədər dəyişərdi. Fırlanma dayandıqda bir az daha ağır hiss edərdik.

Zaman necə ölçülərdi?

Gün doğumu və batımı olmadığından 24 saat anlayışı mənasını itirərdi. Zaman yalnız süni saatlarla ölçülərdi. Bioloji ritmlərimiz də pozular, yuxu, diqqət və əhval-ruhiyyə ciddi təsirlənərdi. İnsanlar yalnız süni işıq və qaranlıq dövrləri yaradaraq uyğunlaşa bilərdi.

Uzun müddətdə həyat mümkün olardımı?

Milyon illər ərzində Yerın maqnit sahəsi zəifləyərdi. Bu sahə nüvədəki maye dəmirin hərəkəti nəticəsində yaranır və bizi Günəş küləyi ilə zərərli kosmik radiasiyadan qoruyur. Fırlanma olmadan bu qoruyucu qalxan zəifləyər, radiasiya canlılara zərər verər, DNT zədələnməsi və xəstəlik riski artardı.

İşıqlı yarımkürədə həddindən artıq istilik və davamlı radiasiya suyu buxarlandırar, atmosferi ciddi şəkildə dəyişdirərdi. Qaranlıq yarımkürədə isə qütb işıqları daha tez-tez görünərdi. Cixin Liu-nun "Yersiz Yurtsuz Dünya" əsərində təsvir etdiyi kimi, temperatur o qədər aşağı düşə bilərdi ki, oksigen və azot səthdə bərkiyərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri