Almaniya hava limanında bomba xəbərdarlığı
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Ştutqart hava limanında bomba təhlükəsi səbəbindən nəqliyyatın hərəkətində böyük bir tıxac yaranıb.
Teleqraf DPA-ya istinadən xəbər verir ki, Almaniya Federal Polisi hadisədən sonra təxminən 3000 insanın səyahət planlarının pozulduğunu açıqlayıb.
Məlumata görə, təhlükəsizlik məntəqəsindən keçdikdən sonra Misir vətəndaşı hava limanı işçisinə baqajında partlayıcı qurğu olduğunu deyib. Daha sonra hüquq-mühafizə orqanları aviasiya təhlükəsizlik zonasında polis əməliyyatı elan edib. Terminal boşaldılıb və bütün gələn və gedən reyslər yerli vaxtla saat 16:30-18:00 arasında dayandırılıb.
Bomba təhlükəsi təsdiqlənməyib. Polis ərazidə aparılan axtarış və baqaj yoxlaması zamanı heç bir təhlükəli əşyanın tapılmadığını təsdiqləyib. Misirin Hurghada şəhərinə uçmalı olan şəxs təyyarədən uzaqlaşdırılıb. Ona qarşı cinayət törətməklə hədələməklə ictimai asayişi pozmaq şübhəsi ilə cinayət işi açılıb.
Amma onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Oktyabr 2026 02:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















