Icma.az
close
up
RU
Yer üzündə torpaq davamlı şəkildə quruyur

Yer üzündə torpaq davamlı şəkildə quruyur

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Ər-Riyadda keçirilən sammitində səhralaşma və torpaq quruma prosesinin qlobal miqyasda artması ilə bağlı hesabat təqdim edilib. Hesabata görə, 2020-ci ilə qədər olan 30 il ərzində Yer kürəsinin 77,6 faizi əvvəlki dövrlərlə müqayisədə daha quru iqlim şəraiti ilə üzləşib.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, bu barədə UNCCD rəhbəri İbrahim Tiav bildirib. O, qeyd edib ki, dəyişikliklər “Yer kürəsində həyatı yenidən müəyyənləşdirir” və prosesin davam etməsi gələcəkdə daha geniş miqyaslı fəlakətlərə yol aça bilər. Quraqlıq şəraitində kənd təsərrüfatı məhsuldarlığının azalması, su ehtiyatlarına çıxışın məhdudlaşması və miqrasiya risklərinin artması xüsusi narahatlıq doğurur.

Hesabatda göstərilir ki, 2024-cü il tarixdə ən isti il kimi qeydə alınıb və əsrin sonuna qədər quraqlıqdan 5 milyard insanın təsirlənəcəyi gözlənilir. Bu tendensiya Cənubi Avropa, Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada daha çox nəzərə çarpır.

Sammitdə diqqət mərkəzində olan məsələlərdən biri də beynəlxalq maliyyə dəstəyinin təmin edilməsidir. Səudiyyə Ərəbistanı müxtəlif ölkələrdən və beynəlxalq maliyyə qurumlarından 2,15 milyard dollar vəsait ayırılacağını vəd edib. Ərəb Koordinasiya Qrupu isə 2030-cu ilə qədər deqradasiyaya uğramış torpaqlara qarşı mübarizə üçün 10 milyard dollar ayırmağı planlaşdırır.

UNCCD prezidenti İ.Tiav torpağın qurumasını “daimi uyğunlaşma tələb edən amansız təhlükə” kimi xarakterizə edib. Ekspertlər sudan daha səmərəli istifadə, meşəsalma layihələrinin genişləndirilməsi, daha az su tələb edən məhsulların əkilməsi və qabaqcıl monitorinq sistemlərinin qurulmasını əsas həll yolları kimi irəli sürürlər. Sammit iştirakçıları, xüsusilə də inkişaf etmiş ölkələr arasında səhralaşmaya qarşı mübarizə üçün məcburi beynəlxalq protokolun qəbul edilib-edilməməsi məsələsində fikir ayrılığı hökm sürür. Protokolun qəbul edilməsi inkişaf etmiş ölkələrdən maliyyə və texniki dəstək tələb edəcək.

Mütəxəssislərin fikrincə, səhralaşma iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi kimi problemlərlə eyni səviyyədə diqqət tələb edir. Bu məqsədlə beynəlxalq əməkdaşlıq və qətiyyətli fəaliyyət əsas şərtlər kimi göstərilir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri