Icma.az
close
up
RU
Yer üzündə ən səssiz YER

Yer üzündə ən səssiz YER

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Səs-küylü qonşuları və ya avtomobil yollarını unudun: əsl sınaq səslərin tamamilə yox olduğu yerdə başlayır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Orfield Laboratories laboratoriyasında yerləşən anekoik kamera -24,9 desibel səviyyəsi ilə rəsmi olaraq Yer üzündə ən səssiz məkan sayılır.

Müqayisə üçün:

- adi söhbət — təxminən 30 dB 

- pıçıltı — 20 dB 

- burada isə sükut o qədər dərindir ki, insan öz damarlarında qan axınını belə eşidir.

Kameranın yaradıcısı Steven Orfield xəbərdarlıq edir: yarım saatdan sonra insanların çoxunda başgicəllənmə başlayır, ayaqlar isə zəifləyir. İnsan məkan hissini itirir, çünki beyin adət etdiyi səs siqnallarından məhrum olur.

Kamera necə qurulub və səs niyə yox olur?

Otağın divarları kəsilmiş portağala bənzəyir. Onlar şüşə lifdən hazırlanmış uzun uclu panellərlə örtülüb və səs enerjisinin 99,99%-ni udur. Döşəmə tor şəklindədir ki, addım səsləri belə vibrasiya yaratmasın. Oturursunuz səs eşidilmir, əllərinizi çırpırsınız səs demək olar ki, yaranmadan yox olur.

Rekord və insanın reaksiyası

Bu otaqda qalma rekordu Microsoft mühəndisi Hundraj Gopalə məxsusdur: o, 45 dəqiqə dözə bilib.

Bundan sonra halüsinasiyalar başlayıb, istiqamət hissini itirib, güclə otaqdan çıxıb.

İndiyə qədər heç kim bu rekordu qıra bilməyib.

Laboratoriyada ildə bir neçə dəfə ekskursiyalar keçirilir və istənilən şəxs bu təcrübəni yaşaya bilər.

Qiymət saatı 300–400 dollardır. Yanınızda mütləq instruktor olur. Panika halında sizi dərhal çıxarırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Aprel 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri