Icma.az
close
up
RU
Yerdəki ən qədim toqquşma krateri tapıldı: Əvvəlkindən 1,2 milyard il daha qədim...

Yerdəki ən qədim toqquşma krateri tapıldı: Əvvəlkindən 1,2 milyard il daha qədim...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Alimlər Yer kürəsinin ən qədim toqquşma kraterini aşkar ediblər. Bu kəşf planetimiz və həyatın mənşəyi haqqında anlayışımızı dəyişdirmə potensialına malikdir. 

Qaynarinfo xəbər verir ki, tədqiqatlara əsasən, krateri əmələ gətirən meteorit 3,47 milyard il əvvəl Yerə düşüb. İndiyə qədər bilinən ən qədim krater 1979-cu ildə kəşf edilmiş və yaşı yalnız 2020-ci ildə 2,2 milyard il olaraq hesablanmışdı.

Qərbi Avstraliyanın Pilbara bölgəsində yerləşən nəhəng Pilbara kraterinin ilk formalaşdığı dövrdə 100 km diametrində olduğu təxmin edilir. Hazırda isə "The North Pole Dome" adlandırılan və 35 km diametrində olan bir hissə hələ də müşahidə oluna bilinir.

Yeni kəşfə imza atan alimlər bu toqquşmanı, meteor çarpması nəticəsində yaranan güclü təzyiq izləri - "parçalanma koniləri" və bölgədən toplanan daş nümunələri sayəsində təsbit ediblər. 4,5 milyard il əvvəl formalaşdığı hesablanan Yer kürəsinin əvvəllər məlum olmayan böyük toqquşmalara məruz qaldığı, qalan kraterlərin isə Yer üzərində həyatın başlanğıc nöqtələri ola biləcəyi ehtimal edilir.


Zərbədən sonra lava axınları ilə suyun altında əmələ gələn yastıq bazaltları krater sahəsində parçalanma konuslarının üstündə oturur

Kurtin Universitetindən professor Tim Conson bu barədə deyib:

"Aya baxdığımız zaman Günəş sisteminin ilk dövrlərində nəhəng toqquşmaların geniş yayıldığını görürük. İndiyə qədər həqiqətən qədim kraterlərin müəyyən olunmaması onların geoloqlar tərəfindən əsasən gözardı edildiyini göstərir. Bu araşdırma, Yer kürəsinin toqquşma tarixinin mühüm bir hissəsini ortaya çıxarır və zamanla daha çox qədim krater kəşf edə biləcəyimizə işarə edir".

Araşdırmada iştirak edən digər alim professor Kris Kirkland isə bu tapıntının yalnız ilkin həyatın necə inkişaf etdiyini deyil, həm də hansı qitələrdə yarandığını anlamağımıza kömək edə biləcəyini vurğulayır:

"Bu toqquşmanın aşkarlanması və eyni dövrə aid yeni tapıntıların əldə edilməsi, toqquşma kraterlərinin isti su hövzələri kimi mikrobial həyat üçün əlverişli mühitlər yaratması səbəbilə, həyatın necə başlamış ola biləcəyi barədə mühüm izahatlar verə bilər".


Qərbi Avstraliya əyalətindəki Pilbara bölgəsi də dəmir mədənləri ilə seçilən bölgədir

Bundan əlavə, professor Kris Kirkland bu çarpmanın Yer qabığının formalaşması ilə bağlı indiyə qədər mövcud olan anlayışları dəyişdirə biləcəyini də qeyd edir:

"Bu toqquşma nəticəsində yaranan böyük enerji, Yer qabığının bir hissəsini digərinin altına itələyərək və ya dərinliklərdən magma çıxışını təmin edərək erkən Yer səthinin formalaşmasında rol oynamış ola bilər. Hətta qitələrin əsasını təşkil edən, böyük və sabit yer kütlələri olan kratonların yaranmasına da töhfə vermiş ola bilər".

Gələcək araşdırmalar bu qədim toqquşma və onun yaratdığı kraterin sirrlərini açmağa kömək edəcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri