Icma.az
close
up
RU
Yerimizdə sayırıqsa, anlamağımıza hələ xeyli var...

Yerimizdə sayırıqsa, anlamağımıza hələ xeyli var...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“Telefonun atası” adlandırılan 85 yaşlı Martin Kuper 1973-cü ilin 3 aprelində ilk dəfə olaraq mobil telefonla zəng etdiyini elan edib. Telefon yalnız danışıq məqsədi ilə yaradıldığı üçün burada 12 düymə (10-rəqəmlər, 2-zənglərin yönləndirilməsi və dayandırılması) mövcud idi.

Bəli, bu, mobil telefon yaradılanda idi. Harada qaldı o günlər? O günlərdən hansı günlərə gəlib çıxdıq? O günlərə ki, indi mobil telefon həyatımızın bir parçasıdır, biz onsuz yaşaya bilmərik, ölərik. Yemək yeyəndə gözümüz ondadır, nə yediyimizi bilmirik, işdə ağlımız onun yanındadır, özümüzü toplaya bilmirik. Yolda əlimizdədir, bizi başı aşağı edib, hər gün bəlkə onlarla insanla toqquşuruq. Hamamda çiməndə də yanımızdadır, ya muqiqi dinləyir, ya film izləyir, ya da aradabir sulu əllərimizlə mesaj yazır, səs göndərir, nə bilim, nə edirik. Gecələr isə yataqda bizimlədir, əvvəllər çarpayımızın yaxınlığına qoyardıq, sonralar bir-birimizi elə sevdik ki, indi artıq ayrı qala bilmirik. O, əlimizdə yuxulayırıq. Və yaxud da telefon ya yastığımızın, böyrəyimizin altındadır, ya ürəyimizin üstündədir, ya da əlimizdəcə dərin yuxulara gedirik.

Rəqəmsal Qlobal Xülasə Hesabatına əsasən, mobil telefondan istifadə hər il artır. 2015-ci ildə dünya əhalisinin 4,15 milyardı, yəni 57 faizi cib telefonundan istifadə etdiyi halda, 2019-cu ildə bu nisbət 53 milyon artaraq 4,68 milyarda, yəni 62 faizə çatıb. 2020-ci ildə bu rəqəm 4,78 milyarda çatıb. Bu gün isə ümumilikdə 5,44 milyard insanın bir mobil telefonu var. Beləliklə, dünya əhalisinin 68 faizindən çoxu telefondan bəhrələnir.

2023-cü il Rəqəmsal Qlobal Xülasə Hesabatına görə cib telefonu sahibləri onunla gündə orta hesabla 5 saat vaxt keçirirlər. Təbii ki, söhbət gündüzdən gedir. Hələ telefon sahiblərinin gecələr onunla bir yatağı bölüşməsini bir kənara qoyuruq...

Azərbaycanda 2020-ci ildə 10 milyon 344,3 min nəfər olub, nüfuz dərəcəsi isə 104% təşkil edib. 2021-ci ilin göstəricisinə bu, 4,6% artaraq 10 milyon 817,1 min nəfər təşkil edib. 2021-ci ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 nəfər üstələyib.
Qeyd edək ki, 2022-ci ildə isə ölkəmizdə mobil telefon abunəçilərinin sayı 11 milyon 068,1 min nəfər olub. Əhalinin hər 100 nəfərinə 110 mobil telefon abunəçisi düşüb ki, bu da əvvəlki göstəricini 2 nəfər üstələyir.

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar. Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Gün ərzində ümumilikdə 35-40 dəqiqədən artıq mobil telefondan istifadə etmək orqanizmə ciddi ziyan vurur; mobil telefonla çox danışmaq eşitmə sinirlərini korlayır; çox SMS yazmaq barmaqlarda keyiməyə səbəb olur; saatlarla oyun oynamaq gözdə qızartılar və quruluq əmələ gətirir, boyunda və beldə müəyyən müddətdən sonra ağrılar yaranır; diqqət dağınıqlığına səbəb olur; çox danışanda beyin hüceyrələrinin bir qismi ölür; dalğaları qan hüceyrələrinə mənfi təsir edir; mobil telefonlar hətta saç köklərinə də pis təsir göstərir.

Nə üçün insan övladı onun xeyrinə olanların əksinə gedir, bu, hələ də bəşəriyyətə məlum deyil. Lakin düşünəndə ki, bir zamanlar deyilənləri eşitməyib, zərərini çox görmüşük, onda bu gün deyilənləri də eşitməyənlərin bir neçə il sonra çəkəcəyi zərər göz önünə gəlir.

Biz nə qədər az eşidiriksə, mobil telefonların vaxtsız ölümə səbəb olmasından da xəbərsiz qalacağıq. Onlarla bir süfrədə, işdə, yolda, hamamda, yataqda yan-yana olmaqla sağlamlığımızı, həyatımızı, gələcək nəsilləri qurban verdiyimizi anlamaq lazımdır. Lakin biz bu məsələnin dərk edilməsində hələlik yerimizdə sayırıq. Yerimizdə sayırıqsa, deməli, anlamağımıza hələ xeyli var...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri