Icma.az
close
up
RU
Yerli ictimai nəqliyyatın iqtisadi reallıqları və regional müqayisədə mövqeyi

Yerli ictimai nəqliyyatın iqtisadi reallıqları və regional müqayisədə mövqeyi

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ictimai nəqliyyat tarifləri uzun illər sosial dövlət prinsiplərinə əsaslanaraq dövlət tərəfindən tənzimlənir.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu model vətəndaşlara münasib qiymətlərlə nəqliyyatdan istifadə imkanı yaratsa da, daşıyıcıların maliyyə dayanıqlılığına ciddi təsir göstərir.

Gediş haqlarının maya dəyərindən aşağı müəyyənləşdirilməsi nə mənfəət yaradır, nə də əməliyyat və investisiya xərclərini qarşılamağa imkan verir. Nəticədə bir çox daşıyıcıların maliyyə yükü artır, borcları yığılır və xidmət keyfiyyəti zəifləyir.

Yeni tariflər və dövlət proqramı

Mövcud şəraitdə hökumətin qarşısında duran əsas vəzifə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və onun dayanıqlığını təmin etməkdir. Məhz bu məqsədlə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro və avtobuslarda yeni tariflər təsdiqlənib.

- Metroda bir gediş – 0,60 manat

-Müasir tələblərə cavab verən marşrutlarda minimal gediş – 0,60 manat (məsafədən asılı olaraq 0,50- 1,10 manat)

Vacib məqam odur ki, bu dəyişiklik yalnız paytaxt marşrut şəbəkəsinin 30 %-ni əhatə edəcək və sırf keyfiyyət dəyişikliyi baş vermiş xətlərdə tətbiq olunacaq.

İqtisadi məntiq: maya dəyərinə uyğunlaşma

Yeni tariflər 10 qəpik artıb və bu tamamilə maya dəyərini qarşılamır, sadəcə ona doğru atılmış addım hesab etmək olar. Burada iki əsas məqsəd var:

- Xidmətin sabitliyini qorumaq - daşıyıcıların zərər hesabına işləməsinin qarşısını almaq.

- İnvestisiyaya motivasiya yaratmaq - avtobus parkının yenilənməsi, ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin gətirilməsi, nağdsız ödəniş sisteminə keçid.

Başqa sözlə, tarif artımı yalnız sərnişinlərdən əlavə gəlir toplamaq məqsədi daşımır, həm də bazarda keyfiyyət dəyişikliklərini stimullaşdırmaq vasitəsidir.

Regional müqayisə: Bakı harda dayanır?

Yeni tarifləri digər ölkələrlə müqayisə etdikdə, Azərbaycanın hələ də sərnişinlər üçün münasib qiymət saxlamağa çalışdığı görünür və Bakıda bir gedişin qiyməti 0,50- 1,10 manat arası olacaq.

Bakı sərnişinlərinin oktyabrın 1-dən ödəyəcəyi gediş haqqı digər ölkələrlə müqayisədə hələ də daha münasibdir. Məsələn, Tbilisidə hazırda 1 lari (0,63 manat), Yerevanda – 0,67 manat təşkil edir, bu isə Azərbaycanın paytaxtında tətbiq olunacaq tarifdən yüksəkdir. Moskvada isə bir gedişin qiyməti Bakıdakın 2–3 dəfə bahadır. Belə ki, Moskvada zonadan asılı olaraq 1,4- 2,6 manat arasında dəyişir, İstanbul isə ilk minmə 1,1 manat, növbəti transferlərlə qiymət azalır.

Müqayisədən görünür:

- Azərbaycanda dizel qiyməti regionla müqayisədə daha aşağıdır, bu da tariflərin əlçatan qalmasına kömək edir.

-Əmək haqqı göstəriciləri fonunda isə Bakıda gediş haqqı vətəndaşların gəlirlərinə nisbətən daha münasibdir.

Sosial təsirlər və perspektivlər

Tariflərin artımı sərnişinlər üçün ilkin mərhələdə əlavə yük yaratsa da, uzunmüddətli perspektivdə daha keyfiyyətli xidmətin təmin edilməsinə xidmət edəcək. Əlavə gəlirlər daşıyıcıları yeni avtobuslar almağa, ekoloji təmiz nəqliyyat vasitələri gətirməyə və sərnişin məmnuniyyətini artırmağa yönləndiriləcək.

Ən əsası, hökumət balansı qorumağa çalışır: bir tərəfdən sosial dövlət prinsiplərini saxlayaraq qiymətləri münasib səviyyədə tutur, digər tərəfdən nəqliyyat sektorunun inkişafını maliyyələşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri