Icma.az
close
up
RU
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq?

Yerli, yoxsa xaricdən gətirilən əti alırıq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 28 min ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 66,1 milyon ABŞ dolları təşkil edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,9 min ton (11,3 %), dəyər baxımından isə 11 milyon ABŞ dolları (19,9 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

Qeyd edək ki, idxal edilən ətin həcmi ötən ilə nisbətən dəfələrlə artsa da hazırda ölkədə yerli ətin qiyməti bahalaşmaqda davam edir.

Maraqlıdır, vətəndaşlar yerli, yoxsa idxal əti çox alır? Ət idxalı niyə qiymətlərin ucuzlaşmasına səbəb olmur?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, Azərbaycanda ət bazarına baxanda əsas mənzərə, istehlak olunan ətin böyük hissəsinin hələ də yerli istehsal hesabına təmin edilməsindən ibarətdir: 

"İdxal olunan ətin payı isə nisbətən kiçikdir. Buna görə də xaricdən ət gətirilməsinin artması bazarda qiymətlərin avtomatik olaraq aşağı düşməsi ilə nəticələnmir. İdxal daha çox yerli bazardakı çatışmazlığı müəyyən qədər tamamlayan əlavə mənbə rolunu oynayır.

Bunun əsas səbəblərindən biri ölkədə heyvandarlıq təsərrüfatlarında mal-qaranın sayının azalmasıdır. Son illərdə həm iribuynuzlu mal-qara, həm də qoyun-keçi sayında azalma müşahidə olunur. 

Heyvanların sayının azalması isə yerli ət istehsalının artmasını məhdudlaşdırır. Belə vəziyyətdə idxalın artırılması bazardakı çatışmazlığı tam aradan qaldırmır, sadəcə qiymətlərin daha sürətlə yüksəlməsinin qarşısını müəyyən qədər alır".

Ekspert deyir ki, digər mühüm məsələ idxal olunan ətin qiymətidir:

"Əgər xaricdən gətirilən ət yerli ətdən xeyli ucuz olsaydı, istehlakçının bir hissəsi ona "keçər" və bu, yerli istehsalçıları qiymətləri aşağı salmağa məcbur edərdi.

Azərbaycanda isə idxal olunan ətin belə güclü qiymət üstünlüyü yoxdur. Qlobal bazarda ətin bahalaşması ilə yanaşı daşınma, logistika, gömrük və digər xərclər də son qiymətə əlavə olunur. Nəticədə idxal əti bazarda “ucuz alternativ” rolunu tam yerinə yetirə bilmir.

Yerli istehsalçının xərcləri də artır. Yem, baytarlıq xidmətləri, heyvanların saxlanması, əmək və digər xərclərin yüksəlməsi ətin maya dəyərini artırır. Bu səbəbdən həm yerli, həm də idxal olunan ətin qiymətində eyni istiqamətli artım yaranır.

Məsələn, Türkiyə ilə Azərbaycan arasında əsas fərq də məhz burada ortaya çıxır. Türkiyədə idxal olunan ət yerli məhsulla müqayisədə daha ucuz olduqda istehlakçının həmin məhsula yönəlməsi artır. Bu isə yerli istehsalçı üçün rəqabət yaradır və qiymətlərin həddindən artıq yüksəlməsinə müəyyən məhdudiyyət qoyur.

Azərbaycanda isə idxalın bazardakı payı və qiymət üstünlüyü kifayət qədər böyük olmadığı üçün belə güclü rəqabət yaranmır. Ona görə də idxalın artması “ət ucuzlaşacaq” demək deyil".

Onun sözlərinə görə, əslində idxalın bazardakı əsas funksiyası qiyməti aşağı salmaqdan daha çox, qiymət artımını müəyyən qədər cilovlamaqdır:

"Başqa sözlə, idxal olmasaydı, yerli istehsalın imkanları məhdud olduğu üçün bazarda təklif daha da azalacaq və qiymətlər indikindən yüksək ola bilərdi.

Lakin idxalın həcmi və qiyməti yerli istehsalı əvəz edəcək səviyyədə olmadığı üçün onun təsiri daha çox bahalaşmanın qarşısını qismən almaqla məhdudlaşır.

Bu səbəbdən ət qiymətlərinin davamlı şəkildə aşağı düşməsi üçün yalnız idxalı artırmaq kifayət deyil. Əsas məsələ yerli heyvandarlığın inkişaf etdirilməsi, heyvan sayının artırılması, yem bazasının gücləndirilməsi və istehsal xərclərinin azaldılmasıdır. Yerli istehsal artmadıqca idxalın hesabına bazarda uzunmüddətli və ciddi ucuzlaşma yaratmaq çətin olacaq".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: ət Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri