Yermak deyib ki, Kiyev Trampla görüşdən istədiyini ala bilməyib
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.
Yermak RBC-Ukrayna xəbər agentliyinə müsahibəsində “Ümid etdiyimiz bütün qərarları burada və indi ala bilmədik” deyib.
Onun sözlərinə görə, Trampın mövqeyinə Zelenski ilə görüşündən bir gün əvvəl Rusiya lideri Vladimir Putinlə telefon danışığı təsir edib.
Oktyabrın 17-də Tramp Ağ Evdə Zelenski ilə görüşüb və orada Ukraynaya silah tədarükü məsələsini müzakirə ediblər. Xüsusilə Kiyev Amerikanın "Tomaqavk" raketlərinin ötürülməsində israrlı idi.
Daha sonra "Axios" mənbələrə istinadən xəbər verir ki, Amerika lideri Zelenskiyə deyib ki, ABŞ hazırda onları Ukraynaya tədarük etmək niyyətində deyil.
Portalın məlumatına görə, Tramp indiki prioritetinin diplomatiya olduğunu və raket təchizatının buna xələl gətirə biləcəyini açıqlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















