Icma.az
close
up
RU
Yevlax Laçın yolunda avtobusun partladılması ilə bağlı sənədlər araşdırıldı MƏHKƏMƏ

Yevlax Laçın yolunda avtobusun partladılması ilə bağlı sənədlər araşdırıldı MƏHKƏMƏ

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Yaşadığı binanın sakini Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Cahangiryan Yuriy Osipoviç ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında “partorq” vəzifəsində işləmiş Koçaryan Robert Setrakoviç “Krunk” adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başlayıb. O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən tələb edib.

Məhkəmədə Şuşa şəhərini blokadaya salmaq məqsədilə 1989-cu il oktyabrın 7-də Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində körpünün partladılması, 1990-cı il fevralın 18-də Yevlax-Laçın yolu ilə hərəkətdə olan “İkarus 250/59” avtobusunun partladılması, nəticədə sərnişinlərin xəsarət alması faktları ilə bağlı sənədlər də elan edilib.

Növbəti sənədlər Hadrut rayonunun Tuğ kənd orta məktəbinin yaxınlığında azyaşlı Süleymanov Teyyub Fərrux oğlunun öldürülməsi, Şahbazov Mirəli Əlislam oğlunun, Zeynalov Oqtay Cahangir oğlunun, Məmmədov İlham Yunis oğlunun, Adgözəlov Vilayət Səfər oğlunun, Əmiraslanov Bulut Hüseynalı oğlunun xəsarət almaları, 1989-cu il noyabrın 3-də Şuşa rayonunda Ermənistana məxsus “Mi-8” markalı mülki helikopterdə silah-sursat (hərbi geyim, partlayıcı maddə, odlu silah və hərbi təyinatlı müxtəlif əşyalar) aşkar edilməsi, Qafan stansiyasından Şayıflı stansiyasına (Zəngilan rayonu – red.) gələn 23527 nömrəli sərnişin-yük qatarının Qafan stansiyasının 36-cı kilometrliyində odlu silahdan atəşə tutulması, Göygöl rayon daxili işlər şöbəsinin Çaykənd zonası üzrə baş sahə müvəkkili, milis kapitanı Abışov Mətləb Misir oğlunun öldürülməsinə cəhd edilməsi, Aslanov Eldar Xıdır oğlunun və Mustafayev Müşfiq Rəşid oğlunun xəsarət almaları, Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində partlayıcı qurğu atılması, Abbasov Sakin Sakit oğlunun və Quliyev Şahbaz Mürsəl oğlunun öldürülmələri, Vəliyev Nəriman Bəhman oğlunun girov götürülməsi faktları ilə bağlı olub.

Elan olunan sənədlərdən bir neçəsi 1990-cı il yanvarın 12-də Todan kəndinə silahlı basqın edilməsi faktı üzrə olub. Qeyd edilib ki, həmin gün saat 17 radələrində Ermənistan qüvvələri tərəfindən helikopterdən istifadə etməklə və piyada Ağcakənd qəsəbəsinin Todan kəndinə silahlı hücum edilib. Dinc əhalinin gülləbaran edilməsi nəticəsində Xanlar adına kolxozun idarə heyətinin sədri Əlihüseynov Əliqara Əliaslan oğlu, Məmmədov Abbasqulu Əzim oğlu, Qasımov Ruzigar İmran oğlu və Əliyev Bəxtiyar Nadir oğlu hadisə yerində ölüb, daha bir neçə nəfər yaralanıb.

Növbəti sənədlər Xankəndi aeroportunda təyyarə (havaya Yerevan şəhərindən qalxıb) yüklərinin arasından silah-sursatın aşkar edilməsi, Vəliyev Neman Əli oğlunun öldürülməsi, Sədərək kəndinin atəşə tutulması nəticəsində bir neçə nəfərin öldürülməsi, Əliyev Eldəniz İlham oğlunun, Verdiyev Bilal Əbülfəz oğlunun, Məmmədov Sahib Cəmil oğlunun girov götürülərək 6 gün qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onlara işgəncə verilməsi faktları ilə bağlı olub.

Bundan başqa, məhkəmədə Qazax rayonunun Bağanıs Ayrım kəndinə basqın edilməsi faktı üzrə bəzi fotoşəkillər nümayiş etdirilib. Qeyd edilib ki, həmin hadisə üzrə sənədlər əvvəlki məhkəmə iclaslarında tədqiq edilib, zərərçəkmişlər ifadə verib.

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Sentyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri