Icma.az
close
up
RU
Yevlax və Zaqatalada sülh , Difai qalib gəldi

Yevlax və Zaqatalada sülh , Difai qalib gəldi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında millinin oyunlarıyla bağlı fasilə başa çatıb.

Beləliklə, yarışda 3-cü dövrənin matçlarına start verilib.
Tura Zaqatalada start verilib. Bölgənin eyniadlı təmsilçisinin “Qaradağ Lökbatan”la qarşılaşması qolsuz heç-heçə ilə nəticələnib. Növbəti matçda MOİK “Difai”ni qəbul edib. Ağsu təmsilçisi "hərbçilər"in meydanından qələbəylə ayrılıb - 3:1. Günün sonuncu görüşü “Karvan”la “Baku Sportinq” arasında olub. Hərəyə 1 qol vuran komandalar "sülh"ə razı olub - 1:1.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. Günün birinci matçında “İmişli” “Cəbrayıl”ı qəbul edəcək. Meydan sahibləri rəqibin zəif olmasından istifadə etməyə, bununla ilk “üçlük”də möhkəmlənməyə çalışacaq. Amma 1-ci liqanı tərk etməyə namizədlərdən sayılan Qarabağ təmsilçisinə yuxarıdan aşağı baxmaq olmaz. “Cəbrayıl” xal ehtiyatını artırmaq üçün sona qədər azı “sülh”ə nail olmaq istəyəcək.
Tura “Qəbələ” – “Mingəçevir” matçıyla yekun vurulacaq. İri addımlarla çempionluğa doğru irəliləyən “qırmızı-qaralar” hesabına daha üç xal yazdırmağa yaxındı. Kaxaber Sxadadzenin mövsüm ərzində məğlubiyyət üzü görməyən komandası bu dəfə də sınaqdan üzüağ çıxmağa çalışacaq. “Nur şəhəri”nin təmsilçisinə gəlincə, komanda ardıcıl 5 oyunda qalib gəlib. Bu səbəbdən düşərgədə yüksək əhval-ruhiyyənin hökm sürdüyünə şübhə yoxdu. Füzuli Məmmədovun rəhbərliyi altında 1-ci liqada qalmağa köklənən mingəçevirlilər turnir cədvəlinin yuxarılarına doğru xeyli məsafə qət etdiyindən indi daha arxayındı. Lakin bu, hələ biləyi bükülməyən qəbələlilərin önünə “ağ bayraq” ilə çıxacaqlarını düşünməyə əsas vermir. İstənilən halda, Qəbələdəki matç maraqlı keçəcək.
27 mart
Zaqatala – Qaradağ Lökbatan 0:0

Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.
MOİK – Difai 1:3
Cavid Tağıyev, 90+1 - Kristian Kamta, 3; Muhammed Alfa, 38. Fərid Kərimzadə, 90+3.
Binə, qəsəbə stadionu. Saat 15.30.
Karvan – Baku Sportinq 1:1
Ezekiel Morqan, 76-p. - Luka Stevanoviç, 57.
Yevlax, şəhər stadionu. Saat 15.30.
28 mart
İmişli – Cəbrayıl

İmişli, Heydər Əliyev adına şəhər stadionu. Saat 15.30.
Qəbələ – Mingəçevir
Qəbələ, şəhər stadionu. Saat 16.00.
Xal durumu: Qəbələ - 46, Karvan – 35, İmişli – 31, Baku Sportinq – 26, Zaqatala – 24, MOİK – 22, Mingəçevir – 20, Difai - 19, Cəbrayıl – 16, Qaradağ Lökbatan – 15.
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 11.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri