Icma.az
close
up
RU
Yevlaxda ailə faciəsi: Gəlinlik planı mübahisəsi qətllə nəticələndi TƏFƏRRÜAT

Yevlaxda ailə faciəsi: Gəlinlik planı mübahisəsi qətllə nəticələndi TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Yevlax rayonunda 2007-ci il təvəllüdlü Ramil Şükürov qısqanclıq zəminində yaranan mübahisə zamanı bacısı Yeganəni (ad-soyad şərtidir – red.) qətlə yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Ramil 16 fevral 2023-cü ildə, axşam saat 22 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Yevlax şəhərində yerləşən fərdi yaşayış evinin həyətində olarkən evin otağında bacısı, əvvəllər bir neçə dəfə evli olub boşanmış Yeganənin digər bacıları və Ülviyyə, Ülkər və nənəsi Qələmzər ilə uca səslə söhbət edərək mübahisə etdiyini eşidib.
O, bacılarının nə barəsində danışmalarını dəqiq eşitmək üçün otağın pəncərəsinin qarşısına gəlib. Oradan bacılarının danışığını dinləyərkən Yeganənin bacılarına azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini dediyini eşidib. 
Bu zaman Ramil bunu bəhanə edərək bacılarının və nənəsinin gözləri qarşısında bacısı Yeganəni öldürmək qərarına gəlib. 
O, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə valideynlərinin yataq otağının bağlı halda olan qapısını zor tətbiq etməklə açıb və otağa daxil olaraq atasının otaqda divanın alt hissəsində sökülmüş vəziyyətdə olmaqla çantanın içərisində saxladığı ov tüfəngini götürüb. 
Təqsirləndirilən şəxs ov silahını saz vəziyyətə gətirib və daha sonra tüfəngi özü ilə götürərək otaqdan çıxaraq bacılarının söhbət etdiyi otağın giriş qapısına yaxınlaşıb. 
O, otağa daxil olaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bacıları və nənəsinin gözləri qarşısında Yeganəyə atəş açıb. Güllə yarası alan qadın ölüb. 
Hadisəni törədən Ramil Şükürovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib. 
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, bu hadisə 14-15 yaşı olduğu vaxt baş verib: 
“Həmin vaxt uşaq olmuşam və ölümün nə olduğunu bilməmişəm. Evə daxil olduqda bacılarının söhbət etdiyini və bacım Yeganənin övladını uşaqlar evinə yerləşdirərək, evlənəcəyini dediyini eşitdim. Bacım əvvəllər 6 dəfə qeyri-rəsmi qaydada evləndiyi, hər dəfə bir evdə 1-2 ay müddətində həmin şəxslə qaldıqdan sonra başqa şəxslə qeyri-rəsmi qaydada evləndiyi, 7-ci dəfə qeyri-rəsmi qaydada evlənmək istədiyi üçün və bundan sonra da yenidən başqa şəxslə qeyri-rəsmi qaydada evlənəcəyini, bununla da bacımın nüfuzumuza xələl  gətirdiyini düşünərək əsəbləşdim. Atamın otağına getdim və orada olan ov tüfənginin sökülmüş vəziyyətdə olan hissələrini birləşdirdim. 
Silahın patron yuvasına patronu yerləşdirdim, lakin patronların boş olduğunu düşündüm. Həmin vaxt niyyətim bacımı qorxutmaq olub. Otağa daxil olduqda bacımı qorxtmaq məqsədilə silahı ona tərəf istiqamətləndirdim. Barmağım bilmədən tətiyə dəydiyi üçün tüfəngdən açılmış atəş nəticəsində bacım öldü. Bu zaman anlaqsız vəziyyətdə olmuşdam”.
Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olub. 
O, həmin ifadəsində göstərib ki, Yeganə onun bacısı olub və sonuncu 6 dəfə evli olaraq boşanıb: 
“Bacım sonuncu dəfə Elşənlə ailə həyatı qurub. Bir müddət sonra Elşən müddətli həqiqi hərbi xidmətə getdi və təxminən hadisədən bir ay əvvəl həqiqi hərbi xidmət müddətini başa vuraraq evlərinə qayıtsa da, bacımın yanına gəlmədi. Bacım ilə münasibətləri qaydasında olmadı. Bacım əxlaqsızlıq edərək bir neçə dəfə evləndi. 7-ci dəfə evlənmək istədi və mənim tövsiyələrimə məhəl qoymadı”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 fevral 2023-cü ildə, saat təxminən 21 radələrində evə gəlib və bu zaman evin otaqlarının birindən səs-küy gəldiyini eşidərək pəncərəyə yaxınlaşıb: 
“Bu zaman bacım Yeganənin digər bacım Ülkər ilə söhbət etdiyini və söhbət əsnasında Ülkərə bilmədiyim şəxsin elçi gəlmək istədiyini, azyaşlı qızını körpələr evinə qoyaraq yenidən evlənəcəyini deməsini eşitdi. Bundan sonra bacımın əxlaqsızlıq etməsini qəbul edə bilmədim. Onu öldürmək qərarına gəldim. Bu məqsədlə atamın qaldığı otağın qapısının bağlı olduğunu gördüm. Qapını təpik zərbəsi vuraraq açdım. Divanın alt hissəsindən atama məxsus ov tüfəngini çantasından çıxardım və hissələrə ayrılmış vəziyyətdə olan tüfəngi yığaraq saz vəziyyətə gətirdim. Bundan sonra silahın yanında olan patron qabından sayını bilmədiyim patronların içərisindən 2 ədəd patronu götürərək tüfəngin içərisinə qoydum. Silahı tam hazır vəziyyətə, yəni atış vəziyyətinə gətirdim. Lakin həmin patronların yararlı vəziyyətdə olmasını və içərisində qırma olduğunu bilməmişəm. 
Daha sonra həmin otaqdan çıxaraq bacılarımın və nənəmin olduğu otağa daxil oldum. Yeganənin yanına çatmağa təxminən 1,5 metr qalmış nişan almadan bacılarımın və nənəmin gözü qarşısında ona bir dəfə atəş açdım. Sonra tüfəngi götürdüyüm otağa geri qayıdaraq tüfəngi açdım. Həmin vaxt bir ədəd atılmış boş giliz və bir ədəd dolu giliz yerə düşdü. Lakin gilizlərin haraya düşdüyünü bilməmişəm. Daha sonra əlimdə olan tüfəngi otaqda olan divanın yanına qoydum və evdən çıxaraq əmimin yaşadığı evə gedərək bu barədə dedim. Əmim də bu haqda polisə məlumat verdiyi üçün özünü təqdim etmək məqsədilə orada oturaraq polis əməkdaşlarının evə gəlməsini gözlədim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Ramil Şükürov 9 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan məhkum edilmiş təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
O, barəsində çıxarılmış hökmün ləğvedilməsini, əməlinin Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilməsini xahiş edib. 
Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimləri onun şikayətini təmin etməyiblər. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri