Icma.az
close
up
RU
Yevlaxda baş verən yanğınla bağlı AÇIQLAMA

Yevlaxda baş verən yanğınla bağlı AÇIQLAMA

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavator yanıb. Hadisə Aran qəsəbəsində, keçmiş hərbi hissə olmuş ərazinin yaxınlığında baş verib. Xəbərdə bildirilir ki, ekskavator ərazidə icazəsiz söküntü işləri aparırmış.  

İddiaya görə, dövlətə məxsus texnikadan Gülmalıyev Nizami İsmayıl oğlu idarə etməli olduğu  halda İdarənin rəisi  Ariz Mikayılovun bibisi oğlu Ədilzadə Nicat İntiqam oğlu idarə edib. Onun texnikanı idarə etmək hüququ olmayıb. Söküntü işləri aparılan zaman dəyəri 100 min AZN-dən artıq olan texnika tamam yanıb. 

Hadisə ilə bağlı Qarabağ Suvarma Kanalının istismarı idarəsinin rəisi Ariz Mikayılov Yenisabah.az-a danışıb. O, bildirib ki, hadisə ilə əlaqədar mətbuatda yer alan iddiaların heç bir əsası yoxdur: pizza hut

“Qarabağ kanalı 1958-ci ildə istismara verilib və torpaq məcralı kanaldır. SSRİ dövründə Qarabağ kanalının Yevlax rayonunun Tanrıqulular kənd ərazisində keçən hissəsində 8 metr hündürlükdə torpaq tökülüb və içi qazılıb. 

Sürüşmə də məhz həmin kəndin ərazisində baş verib. Kanalın dambası kənddən 8 metr hündürdədir. Kanal da vegetasiya dövründə ən maksimal su həcmini götürür. Hazırda kanal saniyədə 110 kubmetr su götürməkdədir. Bu basqı nəticəsində onun aşağı hissəsində filtrasiyalar yaranır və sular sızmağa başlayır. O sızmaların bir-birinə birləşib böyük dəlik yaradıb dambanın yarma təhlükəsi yaradır. 

Bura elə bir yerdir ki, indiyə qədər yarılan yerlərin heç biri bunun kimi təhlükədə deyil. O biri yerlərdə suyun bir hissəsi yuxarı səviyyədə gedir. Burada isə bütöv kanal yuxarı səviyyədə gedir. Allah uzaq eləsin, əgər bu yarılsa, Tanrıqulular kəndi ümumiyyətlə suyun altında qalar. Qarabağ kanalı tək suvarma məqsədi ilə deyil, ölkənin istilik elektik stansiyasının turbinlərinin soyudulması üçün də istifadə edilir. Qarabağ kanalında baş verə biləcək hər hansı bir qəza ölkənin ən strateji enerji təminatına fəsad verə bilər. 

Bizim yaxınlığımızda köhnə beton zavodu olub. Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunduqdan sonra, bizim iş prinsiplərimiz əvvəlkindən fərqlənir. Artıq yeni tələblərə uyğun işləyirik. Hər gün görülən hər işin videosu var. Videoda sözlə ifadə olunur ki, nə hara daşınır yaxud hara boşaldılır. Biz o beton qırıqlarını yük maşınlarına yükləyib, həmin sızma olan yerə, kanalın iç yamacına doldururuq ki, sızmanın qarşısını alsın. Bu da vaxtında olunmalıdır. Biz öz xidmətimizi aparırıq. 

Bu gün Qarabağ kanalının texniki vəziyyətinin qorunub-saxladığımız halda, çalışırıq ki, heç bir problem olmasın. Bir hadisə baş verdi, kaş ki, olmazdı. Yanğınsöndürənlər tam vaxtında gəlsə də, təəssüf ki, biz yanğını söndürə bilmədik. Kim texnikanı yandırar ki? Mən ekskovatoru niyə yandırım ki?”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri