Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA FOTO YENİLƏNİB
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib. Yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.
Bununla bağlı Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" ASC-dən məlumat verilib.
İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.
"Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.
Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.
Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib.
Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***
Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
Avtosfer.az "Report"a istinadən məlumat verir ki, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü İlqar Mərhəmət oğlu Yaqubov, 1987-ci il təvəllüdlü Emin Bəxtiyar oğlu Həsənov, 1995-ci il təvəllüdlü Əkbər Teymur oğlu Əkbərov və 1972-ci il təvəllüdlü Mübariz Xanbaba oğlu Qədirov tüstüdən zəhərləniblər.
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 07 Fevral 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















