Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın olub FOTO
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı, "77-FE-478" dövlət qeydiyyat nişanlı minik avtomobilinə yanacaq doldurularkən maşının yanacaq çənində yanğın baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri və yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.
Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb və təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:152
Bu xəbər 25 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















