Icma.az
close
up
RU
100 milyonluq yeyinti: sahibkarlar saxlanıldı Detallar

100 milyonluq yeyinti: sahibkarlar saxlanıldı Detallar

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus Aqrarkredit QSC-dən külli miqdarda krediti təyinatı üzrə xərcləmədiyi səbəbindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə sahibkar saxlanılıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində Şurabad quşçuluq MMC-nin direktoru Fuad Süleymanov, "Şurabad broyler”in direktoru Tofiq Musayev, Salyansüd MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə Aqrarkredit QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib. Təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib və məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O da iddia olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Aqrarkredit QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev (“Şapka Mamed” kimi də tanınır - red) barəsində də cinayət təqibi aparılır. Təsadüfi deyil ki, həbs edilənlər Tofiq Musayev Şapka Mamedin qardaşının oğludur, Fazil Rüstəmov isə Azərbaycan Sahibkarlar Konfederasiyasında onun müavin işləyib.

Aqrarkredit QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. Aqrarkredit QSC 12 regional filialı vasitəsi ilə ölkənin bütün şəhər və rayonlarında hüquqi və fiziki şəxslərə, borclular qruplarına, ailə kəndli təsərrüfatlarına kredit xidməti göstərir. 2026-cı ilədək ümumilikdə 41 mindən artıq biznes layihəsi üzrə 1.5 mlrd. manat kredit xidməti göstərmişdir. M.Musayev düz 24 il səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” ə rəhbərlik edib. Amma ötən il Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, vəzifəsində kənarlaşdırılıb.

Yeri gəlmişkən, hazırda Aqrarkredit QSC-nin Müşahidə Şurasının sədri Anar Kərimovdur. O, BDU-nun məzunudur, 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. 2019-2025-ci illərdə o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin olunub. 2025-ci ilin iyun ayından Aqrarkredit QSC-nin Müşahidə Şurasına sədridir.

Həbs edilən şikrkət rəhbərləri haqda məlumat olduqca azdır. 2004-ci ildən dövlət qeydiyyatından keçən “Şurabad Quşçuluq” Xızıda fəaliyyət göstərib. Məlumdur ki, Şurabad (rəsmi adı Şorabad) Xızıda yerləşən qəsəbədir.“Şurabad Quşçuluq” uzun illər cücəni İrandan gətirib. Əvvəl İllik istehsalı 300 min baş diri quş olub. İnternet resurslarında illər öncə MMC-nin Avropa ölkələrindən yeni inkubator avadanlıqları alacağı, Azərbaycanda özünü cücə ilə təmin edən ilk fabrikyaradılacağı, yumurta satışına başlayacağı, həmçinin diri cücənin və quş ətinin Gürcüstana və digər ölkələrə ixracı həyata keçiriləcəyi haqda rəsmi informasiya var. Şirkətin Azərbaycanən digər şəhərlərində də özəl satış bazaları, fabrikləri olduğu bildilirdi.

Həbs edilənlərdən M.Musayevin Konfederasiyada müavini olan Fazil Rüstəmov haqda da məlumat demək olar ki, yoxdur. Qurumun rəsmi internet saytında Konfederasiyanın nə İdarə Heyətində, nə Diurektoluğunda F.Rüstəmovun adı var.

M.Musayevin hələ də rəhbərlik etdiyi Sahibkarlar Konfederasiyası 5 mart 1999-cu ildə təsis edilib və dövlət qeydiyyatına alınıb. Vikipediya məlumatlara görə, Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.Konfederasiya nizamanəməsində göstərilir ki, məqsədi müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etməkdir.

"Şurabad Broyler" də Xızıda fəaliyyət göstərib, hətta Azərbaycanı beynəlxalq qida sərgisində təmsil də edib. Sahibkarlığa Kömək Milli Fondu da böyük ehtimalla onlara kredit verib, çünki hələ 2010-cu ildə Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan Şurabad Broyler ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan Şurabad Quşçuluq MMC-də aparılan tikinti işlərinə baxış keçirilməsi haqda informasiyalar var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyul 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri