Icma.az
close
up
RU
Yığıcılıq pozuntusu və ya Plyuşkin xəstəliyi

Yığıcılıq pozuntusu və ya Plyuşkin xəstəliyi

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kompulsiv yığıcılıq xəstəliyi, yığıcılıq pozuntusu və ya digər adıyla dispozofobiya insanın gələcəkdə işə yarayacağını düşündüyü üçün əşyanın dəyəridən asılı olmayaraq, hətta istifadə olunmayan əşyaları belə əldən çıxarmamasıdır. Yığıcılıq pozuntusu zamanı atılmayan və yığılan əşyalarda uyğunsuzluq vardır. Yığılan əşyalar köhnə qəzet, plastik əşyalar, geyimlər, torbalar və hətta qırıq əşyalar kimi müxtəlif şeylərdən ibarətdir. Bu insanlarda sahib olduqları əşyalara qarşı həddindən çox bağlılıq olur və buna görə başqalarının bu əşyalara toxunmasına, icazəsiz götürməsinə aqressiv reaksiya göstərirlər. Bütün əşyaları lazımlı olaraq qəbul edirlər. Bu əşyalara görə yaşadıqları yerlər daralır və onların həyat fəaliyyətlərinə maneə yaradır. Bu şəxslər həmçinin əşyaları itirmə ehtimallarına qarşı da ciddi təşviş, qəzəb, narahatlıq və kədər hiss edirlər. Sindromun adı bəzən qədim yunan filosofu Diogenin adı ilə də yanaşı çəkilir. Diogen gündəlik həyatda özünün asketizmi və iddiasızlığı ilə məşhur idi. Bu səbəbdən bu pozğunluğun adı bir qədər qeyri-dəqiqdir. Getdikcə sindrom "Plyuşkin"xəstəliyi və ya "qocalıq" sindromu da adlandırılır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, yığıcılıq xəstəliyi ilə birlikdə ağır depressiya, şəxsiyyət pozuntuları, psixoz kimi psixi xəstəliklər də görülə bilir. Aparılan araşdırmalar göstərir ki, pozuntu hər iki cinsiyyətdə də eyni dərəcədə meydana çıxır. Yığıcılıq davranışı zamanı əksəriyyətdə özünütənqid çox zəif olur. Ona görə də, xəstəlikdən əziyyət çəkən şəxslər əsasən yaxınları və qohumları tərəfindən müalicə üçün həkimə aparılırlar: “Bəs bu pozuntunun səbəbləri nədir? Yığıcılıq pozuntusunun meydana çıxmasında genetik, ətraf mühit və psixoloji amillər mühim rol oynayır. Ailəsində yığıcılıq pozuntusu olanların bu xəstəliyə yaxalanma ehtimalı daha yüksəkdir. İnsanın özünü cəmiyyətdən fiziki olaraq uzaqlaşdırmasından da yığıcılıq pozuntusu yarana bilər. Təkliklə başa çıxmaq üçün də əşyaları yığa bilər.

Yığıcılıq pozuntusunun əlamətlərinə gəldikdə isə:
• Sahib olduqları əşyaların dəyərinə baxmayaraq saxlama, bu əşyaları başqa biri atmaq istədiyi zaman qəzəblənmə və yüksək təşviş hissi keçirmə;
• Yığılan əşyalara qarşı bağlılıq;
• Əşyalara həddindən çox məna yükləmək;
• Evin içində boş olan bütün yerləri əşya ilə doldurmaq;
• Günlük işləri daimi olaraq gecikdirmək, plan qurmaqda çətinlik;
• Az ya da heç olmayan sosial münasibətlər və s. qeyd etmək olar”.

Psixoloqun fikrincə, yığıcılıq pozuntusunda, xəstənin müalicə üçün motivasiyası və problemin varlığını qəbul etməsi vacib əhəmiyyət kəsb edir: “Xəstəliyin müalicəsində psixoterapiyanın rolu böyükdür. Terapiya zamanı ehtiyac olarsa dərman müalicəsindən də istifadə olunur. Yığıcılıq pozuntusu olan şəxslərin sosial münasibətlərinin pozulması ilə yanaşı, çox vaxt ailə üzvləri də evdə toplanmış əşyalara görə problem yaşayırlar. Buna görə də psixoterapiya da ailə üzvləri ilə də seanslar aparıla bilər” – deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri