Yığmanın Quba hazırlığı davam edir
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Güləş üzrə milli komandalar Avropa çempionatına hazırlığı davam etdirir.
Futbolpress.az xəbər verir ki, sərbəst güləş üzrə yığmamız geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.
Yunan-Roma və qadın güləşi üzrə yığmalarımız isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərimizin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
Baxış sayı:101
Bu xəbər 02 Avqust 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















