Yoav Qalant vəzifədən uzaqlaşdırılandan sonra ilk açıqlama ilə çıxış edib
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin sabiq müdafiə naziri Yoav Qalant vəzifədən azad ediləndən sonra ilk dəfə açıqlama verib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Y.Qalantın bildirib ki, onun vəzifədən uzaqlaşdırılması Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı hökumət daxilində yaranan fikir ayrılığı olub.
Onun sözlərinə görə, girovların azad edilməsi mümkündür, amma bunun üçün İsrail tərəfi "ağrılı güzəştlər"ə getməlidir.
İsrailin sabiq müdafiə naziri əlavə edib ki, 7 oktyabr 2023-cü il HƏMAS-ın hücumu ilə bağlı hərtərəfli araşdırmalar aparılmalı və baş verənlərdən nəticə çıxarılmalıdır.
Qeyd edək ki, ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















