Icma.az
close
up
RU
Yodun gözəlliyə də təsiri az deyil

Yodun gözəlliyə də təsiri az deyil

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yod orqanizmdə baş verən proseslərin mübadiləsində iştirak edən çox vacib mikroelementdir.

Qalxanvari vəzi üçün çox önəmli olan bu mikroelement onun lazımi  hormonları istehsal etməsi üçün zəruridir. Çox hallarda, hamiləliyin  və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəlliyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltihabi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir. Mikroelementlərlə zəngin olan və təbii ki, tərkibində yod olan dəniz suyu  insan dərisini hamar və elastik edir.

Yod həmçinin saçların gözəlliyində də az rol oynamır. Yod saçların tökülməsinin qarşısını alaraq, onlara möhkəmlik və parıltı verir. Bu isə onunla bağlıdır ki, yodun normal miqdarı ümumiyyətlə orqanizmdə və həmçinin  baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edir. Bunun nəticəsində saçlar daha çox qidalanaraq möhkəm və sağlıqlı olurlar.  Bəs yodu gündəlik hansı qida məhsullarında tapa bilərik?

Sualımızı cavablandıran həkim-pediatr Tərlan Eyyubov "Şərq"ə açıqlamasında bildirib ki, əsasən dəniz məhsulları, alma, gavalı, albalı, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngindir. Həkimin sözlərinə görə, yod bədəndə yığılma xüsusiyyətinə malik olmaması  səbəbindən orqanizmi gündəlik olaraq yodla təmin etmək lazımdır:

"Orqanizmi yodla təmin etməkdə diqqətli olmaq vacibdir, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır".

Həkim qeyd edib ki, yod məhlulu uşaq travmaları - sıyrılma, dişləmə, dizlərin və dirsəklərin əzilməsi zamanı istifadə edilən birinci vasitədir: "Yodun spirtli məhlulu 100 ildən artıqdır ki, hər zaman yaralar üçün istifadə edilir.

Bu zərərsizləşdirmə üsulu təzə səthi yaralar, qanaxma ilə müşayiət olunmayan dəri tamlığının pozulması zamanı istifadə edilir. Yodun spirtli məhlulu dərinin səthi və dərin olmayan kəsilmiş yaraları, sıyrıntılar, dişlənmələr (gənə, ağcaqanad) zamanı istifadə edilə bilər. Az miqdarda yara səthinə çəkilməsi məsləhətdir.

Bu zaman dərinin rəngi qəhvəyi rəngə boyanır. Pasiyent 1-2 dəqiqə müddətində diskomfort, yanma hiss edə bilər. Yodu açıq dərin və böyük yaraya epitelləşmə prosesi başlayana qədər vurmaq yolverilməzdir.

Əks halda yara toxuması yod tərəfindən yanır və nəticə olaraq sağalma prosesi ləngiyir. Buna görə də yoddan istifadə edərkən bu nüanslara diqqət yetirmək lazımdır".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri