Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Yoga idman növü deyil! AYDINLIQ GƏTİRİLDİ

Yoga idman növü deyil! AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"21 iyun Beynəlxalq Yoga Günü kimi qeyd olunur. Bu münasibətlə müxtəlif ölkələrdə, o cümlədən Avropa və Asiya dövlətlərində müxtəlif tədbirlər təşkil edilir. Azərbaycanda da bu gün qeyd olunur və bu çərçivədə yoga müəllimləri bir araya gəlir, açıq dərslər keçirilir. Həmin dərslərdə istənilən şəxs iştirak edə bilər". Bu sözləri SİA-ya açıqlamasında yoga üzrə təlimçi Ruqiyyə Əşrəfli deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu tədbirlər ənənəvi olaraq Hindistan Səfirliyi tərəfindən təşkil olunur və təşkilati məsələlər əsasən onlar tərəfindən həyata keçirilir, müəllimlər dəvət edilir və müvafiq fəaliyyətlər reallaşdırılır: "Bu tədbirlər insanların marağına səbəb olur, geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilir və adətən ödənişsiz olur. Bu isə yoga mədəniyyətinin təbliği baxımından əhəmiyyətli bir vasitədir. Beləliklə, bu günün Azərbaycanda da qeyd olunması müsbət hal kimi qiymətləndirilə bilər.

Yoga sahəsində artıq 15 ildən çoxdur fəaliyyət göstərirəm və bu sahədə şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, yoga mənim üçün sağlam həyat tərzidir. Əgər siz yoga ilə məşğul olursunuzsa, qidalanmaya fikir verməlisiniz, düşüncələrə diqqət yetirməlisiniz, sözlərinizə və əməllərinizə də eyni dərəcədə diqqət yetirməlisiniz. Yoga bütün bu amillərin və həyat tərzinin vəhdət təşkil etdiyi bir anlayışdır.

Əgər siz yalnız fiziki sağlamlığınıza diqqət yetirərək yoga hərəkətləri edirsinizsə, lakin qidalanma və həyat tərzinizi nəzərə almırsınızsa, bu, tam mənada yoga ilə məşğul olmaq sayılmır. Çünki yoga insanın daxili və xarici müvazinətinin formalaşmasına yönəlmiş bir sistemdir və nəticə etibarilə həyatınız daha sağlam, təmiz və balanslı bir formaya keçməlidir".

Təlimçi qeyd edib ki, yoga ilə məşğul olarkən əvvəlcə fiziki məşqlər edilir, nəfəs alma texnikaları öyrənilir: "Düzgün nəfəs alma üsulları, müxtəlif texnika və yanaşmalar tətbiq olunur. Zaman keçdikcə bədən rahatlaşır, esnəyir və yüngülləşir. Bundan sonra insan təbii olaraq qidalanmasına diqqət yetirməyə başlayır – nə yeyir, nə vaxt yeyir, harada yeyir – bütün bunlara əhəmiyyət verir.

Nəticə etibarilə düşüncələr də dəyişməyə başlayır: insan daha pozitiv düşünür, neqativ təsirlərdən uzaqlaşmağa çalışır. Yoga ilə uzunmüddətli məşğul olduqda, yəni bir neçə il ərzində bu fəaliyyət davam etdirildikdə, bədənin təmizlənməsi prosesi təbii olaraq baş verir.

Yoga idman deyil. Çünki idmanda əsas diqqət fiziki bədənə yönəlir. İdmanda məqsəd bədənin sağlam, güclü və dayanıqlı olmasıdır. Bəzi məqsədlər uğrunda daha yüksək nəticələr əldə etmək üçün mütəmadi məşqlər aparılır və fiziki güc artırılır. Yogada isə fiziki hərəkətlərin olması ilə yanaşı, daha dərindən və çoxşaxəli bir yanaşma mövcuddur.

Yogada biz də fiziki məşqlər edirik, lakin burada əsas fərq odur ki, bu hərəkətlərlə yanaşı nəfəsə fokuslanırıq, bədən və nəfəs arasındakı əlaqəni qururuq və meditasiya praktikasını icra edirik. Meditasiya isə insanın şüuraltını təmizləmək, daxili sakitlik və nəzarət bacarığını artırmaq üçün vasitədir. Bu proses zamanı insan öz diqqətini idarə etməyi, düzgün oturmağı, bədənini düz və sabit saxlamağı öyrənir".

Həmçinin o bildirib ki, yoga yalnız fiziki hərəkətlər toplusu deyil: "Onun idmanla oxşar fiziki tərəfləri olsa da, yoga həm də mənəvi bir məşqdir. Nəfəs texnikaları, meditasiya və zehni təmizlik onun ayrılmaz hissələridir. Bu səbəbdən yoga birmənalı şəkildə yalnız fiziki məşq kimi deyil, həm də mənəvi inkişaf vasitəsi kimi qiymətləndirilməlidir.

“Sağlam bədəndə sağlam ruh” ifadəsi burada öz tam mənasını tapır və yoga bu iki amili özündə birləşdirən unikal bir sistemdir. Yalnız ruhani inkişafla məşğul olmaq kifayət etmir, çünki ruhun yaşadığı bir məkan var – bu da bədəndir. Ona görə də bədənin də inkişaf etdirilməsi vacibdir. Yogada bu harmoniya mövcuddur: həm bədən, həm də ruh üzərində işləmək imkanı təqdim olunur.

Bədənin inkişafı fiziki hərəkətlər və pozalar vasitəsilə təmin olunur, ruhun inkişafı isə meditasiya və zehni təmrinlərlə həyata keçirilir. Bu iki sahənin bir araya gəlməsi və onların idarə olunması üçün isə xüsusi nəfəs texnikaları mövcuddur. Bu texnikalar vasitəsilə insan öz bədənini, zehnini və enerjisini tarazlaşdırmağa nail olur.

Yoga ilə məşğul olduqda, insan bir çox problemi eyni anda həll edə bilir. Məsələn, əgər siz yalnız idmanla məşğul olursunuzsa, əsas diqqət fiziki problemlərin aradan qaldırılmasına yönəlir. Lakin yoga həm fiziki, həm psixoemosional, həm də mənəvi və ruhani problemlərin aradan qalxmasına kömək edir. Bu, hormonal tarazlığın bərpasına da təsir göstərir. Yoga ilə müntəzəm məşğul olduqda, insan tədricən daha sağlam və balanslı bir şəxsə çevrilir.

Yoga yalnız xəstəliklərin müalicəsində deyil, eyni zamanda profilaktik məqsədlə də tətbiq oluna bilər. Bu praktika istər mövcud problemlərin aradan qaldırılması, istərsə də problemlər yaranmamışdan əvvəl qarşısının alınması baxımından təsirlidir.

Nəticədə insan öz bədəninin təmizləndiyini hiss edir və tam mənada sağlam olur. Sağlamlıq isə xoşbəxtliyin təməlidir. İnsan sağlam olduqda, daxili rifah halı da artır, nəticədə ətraf mühitə də müsbət təsir göstərir. Beləcə, hər şey bir-biri ilə əlaqəlidir. Yoga yalnız fiziki məşq deyil, eyni zamanda bir elm, bir fəlsəfə, həyat tərzidir. O, insana bütövlükdə bir inkişaf yolunu təqdim edir"- deyə təlibçi əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri