Icma.az
close
up
RU
Yol əhvalatı… GÜLƏR MÜBARİZ YAZIR

Yol əhvalatı… GÜLƏR MÜBARİZ YAZIR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gündəlik həyat qayğıları və iş yorğunluğu ilə avtomobil idarə etməyin təmbəlliyi gəlir bəzən üstümüzə. Ən yaxşısı taksidir deyib yola çıxıram. Getməli olduğum ünvana çağırdığım Bolt taksi sifarişi vaxtında gəldiyi və tıxac stresindən uzaq qalacağımın məmnunluğu ilə taksiyə əyləşirəm. (Həmişəki kimi anam öndə əyləşir)
Bir müddət ənənəvi qaydada, susqun davam edirik yola, hər kəs öz beynindəki düşüncəsi ilə, bir az da gün ərzində uzaq qaldığımız telefona baş qarışıb.
Bu məmnun sakitliyin ömrü də çox sürmür. Tıxaclar bir yandan, yolumuzda söküntü olduğu üçün dar və yolumuzu uzadan səmtlərə keçid edirik. Gözümüzü,könlümüzü yoran yollarda susqunluğu həmişə anam pozur. Darıxdırıcı qismə keçid etməyə izin vermədən sözə başlayır.
Ümumi və şablon taksi sürücüsü ilə müştəri söhbəti başlayır. Mən isə dinləyici qismindəyəm. Marağımı cəlb edən mövzu olmadığı üçün pəncərədən gələn xəfif küləklə həmsöhbətəm.
Anamın söhbətləri başdançıxarıcı olur həmişə-şirin və vazkeçilməz, insanı yormaz, bir müəllimə dəqiqliyi ilə aparıcı ruhda, qayğısı hiss olunar hər kəlməsində…
Aradabir arxadan gənc sürücünün gicgah, üz və qulaq hissəsində olan dərin yaralar diqqətimi cəlb edir (görünməyən kimi deyil) Söhbətin məzmunu da mənə sarı dəyişir, deyəsən, Vətən kəlməsi eşitdim arada. Diqqətim söhbətə yönəlir.
Anamın suallarına təmkinlə cavab verən gənc qəribə gəlir mənə, bu yaşda bu olğunluq hardandır,axı?
Ənənəvi sualı eşidirəm:
-Sən də Qarabağlısan, deyən, bala. Bizim kimi danışırsan ey.
-Hə, xala. Laçınlıyam.
Çiçəyi çırtdayır anamın Laçın dağlarının çiçəyi kimi:
-Sən görməzdin oraları , cənnətdir oğul, şükür Allahın bu gününə. İndi gedib görmüş olarsan.
Astaca başını tərpədir sürücü.
-Getmişdim, xala, görmüşəm. Tədbirlərə çox dəvət edirlər. O vaxtı mən yaralı idim, amma sonradan öyrənəndə çox şükür etdim.
Dərin yaraların izi və məsələ mənə aydın olur, astaca arxadan anamın çiyninə toxunuram “Ana, qardaş qazidir.”
Oğlanı yanakı diqqətlə süzən qadının ciyərindən gələn ahı eşidirəm, “can bala”.
Bir qolu, üzü və qulağından ağır yara alıb qəhrəmanımız, canı qəlpələrlə doludur. Möcüzə nəticəsində sağ qalan Samurat dövlətimizin və YAŞAT fondunun dəstəyi ilə sağalıb. Sağlamlığını qazanmasa da, qələbəni qazanan igidlərdəndir. Bir qulağı əlildir, aparat vasitəsi ilə eşitdiyi üçün diqqətlə dinləyir bizi.
Doluxsunub anam, söhbəti dəyişə bilməsə də duyğunu dəyişməyə can atır:
– De görüm, Laçın alınanda çox sevindin eləmi?
Yenə dərin düşüncə və astaca cavab gəlir. Oğul deyir ki, o ən çox Xankəndi alınanda sevinib.
-Niyə məhz ora?
-Çünki mən orada heç zaman Azərbaycan bayrağı görməmişdim və bilirəm ki, o zamanlar da olmayıb. Bu ayrı qələbə idi, bu başqa üstünlük idi. Ona görə də mən prezidentimizə ayrıca təşəkkür məktubu da yazmışdım. Bilirsiz, öz rəsmi saytında da dərc etmişdilər e (qəhər qarışıq sevinci ilə göstərir)
Artıq nə yolumuzun uzanmasından, nə də tıxacdan narazıyıq. Həmsöhbətimiz ən həssas olduğumuz yerdən olanda gözə heç nə görsənmir; yaralı yerimizdən başlayıb qürur yerimizə doğru yol alırıq.
Arada mən də söhbətə qarışıram:
-Sürücü işləyirsən,qardaş?
Aldığım cavab düşündürür məni. Qəhrəmanım sizcə, nə işləmək arzusundadır? Bu barədə hətta müraciət də edib.
-Laçında hərbi müəllim işləmək istəyirəm. Alınsa, gedəcəm ora. Çoxdankı arzumdur.
Arzun, muradın hasil olsun, qardaş. Müəllimi sənin kimi vətənpərvər olan yurdun arxası yerə gəlməz. Eşitdiyim ən təmiz, mütəvazi arzu idi, öyrədəcəyin Vətən dərsinə can fəda.
Yaşadığı bütün ağrı-acını candan hiss edə bilməsəm də, qəlbdən hiss edirəm, onun kimi oğullar sayəsində ağrısız yaşayırıq.
Duyğularımı, kövrəldiyimi hiss edən anam geri çevrilir, “bəlkə?…”
Məni yaxşı tanıyırsan, ana. Yazacam, bəli. Kəsilsin o əl ki qəhrəmandan yazmaya…
Düşüncəli halımdan mənzilin sonu ayırır məni, deyəsən, çatmışdıq. Tıxac heç bu qədər səmərəli olmamışdı.
Bir az da qəhrəmanımızın taleyi haqqında…
Qazi qardaşımız İbrahimov Samurat
Nuru oğlu 1992 – ci ilin may ayının 6 – da Laçın rayonunun Ərdəşevi kəndində anadan olmuşdur. O vaxt atası Nuru da 1 – ci Qarabağ müharibəsində könüllü olaraq döyüşüb. Taleyin gedişatımı deyim, qəhrəmanımız da körpə balasını Allaha əmanət edib konüllü olaraq döyüşə yollanır. Qızı Elayın 1 yaşı olanda Qubadlıda gedən döyüslərdə ağır yaralanır.
Deyir ki, gözümü açdım, qızımın şəklini cibimdən çıxardım, son dəfə baxmaq üçün. Allah ,yəqin, məni ona bağışladı, qızıma doğum günü hədiyyəsi kimi atasının həyatını geri qaytardı.
Oktyabrın 20 – si Qubadlı istiqamətində Yazı Düzü deyilən yerdə Faqot adlanan silahla vurulan,hazırda bədənində 7 qəlpəsi olan, sağ qulağı eşitməyən, çənə sümüyü köçürülən qazimiz İbrahimov Samurat Nuru oğlu üç gün komada qalsa da, möcüzə nəticəsində həyata dönür. İlk müalicəsi Füzuli rayonu ərazisindəki hospitalda həyata keçirilir. Az sonra müalicəsinin Bakı şəhərində davam etdirilməsi məqsədəuyğun bilinir. Daha sonra isə “YAŞAT” Fondu tərəfindən qazimiz Türkiyəyə müalicəyə göndərilir.
Zamanla yavaş-yavaş sağalan Samurat indi 2-ci dərəcəli müharibə əlilidir. Sağlığını Vətən yolunda qurban vermiş igid döyüşçümüz bu gün dövlətimizdən, Ali Baş Komandandan çox razıdır. Onun əməyi Prezidentimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının imzaladığı müvafiq sərəncama əsasən “Cəsur döyüsçü”, “Füzulinin azad olunmasına görə”,”Cəbrayılın azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və Hərbi komissarlıq tərəfindən “Vətən naminə” medalları ilə təltif edilmişdir.
Mənim isə əlimdən sadəcə bunu işıqlandırmaq gəlir, qəhrəmanlarımızı tanıtmaq məqsədi ilə yazdığım yazılara sığınıram. Bunu dəyərləndirmək kimi anlayan qəlbin duyğusu isə mənim ən böyük mükafatımdır. Bacarmadığım nə varsa, əhvim ola…
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri