Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

“Vətən sizə minnətdardır…” Gülər Mübariz yazır

“Vətən sizə minnətdardır…” Gülər Mübariz yazır

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Qaratel Hacımahmudova -Azərbaycan qadını, adımıza-sanımıza layiq, mərdanə soylu Vətən qızı, "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidindən.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1962-ci ildə Aşağı Əskipara kəndində orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib.

Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olan Qaratel Hacımahmudovanın Vətən qeyrəti damarlarında qan , ruhunda can olaraq dolaşırdı.

Qazaxlı qızı ailədən vətənpərvər doğulmuşdu.

Kiçik qardaşı Hümbətlə oxşar qədəri paylaşan Qaratel Hacımahmudova son dəfə meydanda rastlaşdığı qardaşından fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O isə öz kəndlərinə gəlir və 1990-cı ildə kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. Səngərdəki igidlərə bacı olan Qaratel döyüşçülərin yeməyini bişirir, onların paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi dağlar qızı, döyüşçülər ac qalmasın, o həm də fədakar ana idi Azərbaycan oğluna.

Burada bitmirdi onun şücaəti, Qaratel həm də döyüşçülərlə arxa-dayaq olmuşdu, onlarla birgə səngərdə çiyin-çiyinə döyüşürdü.

1992-ci il iyunun 8-də ermənilərin xain pusqu ilə güclü hücuma keçdiyi bir vaxtda hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik bir dəstədə o da var idi. Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bilmişdi ki, bunda cəsur qadının rolu danılmaz idi.

Yenə qanlı-qadalı bir gündə, 1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçirlər. Qaratel Hacımahmudova komandir Yaşar Qasımovun taqımımda döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfin top və tank atəşinə tutulduğu bir vaxtda komandirin çətin tapşırığı yerinə yetirən Qaratel başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə biləcəyi artıq danılmaz və gözlənilən idi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etmişdi. Qanında Vətən coşqusu çağlayan birini yolundan döndərmək olmaz ki, cinsiyyətindən asılı olmayaraq. Geri çəkilmirdi Qaratel, həyatını itirmək bahasına hər şeyi gözə almışdı, gah mövqeyini dəyişir, gah da irəli atılırdı. Onunla döyüşən döyüşçülərdən biri də Mərdan Əsgərov idi. Bərabər yol aldıqları məşəqqətli, lakin şərəfli yolun başlanğıcı kimi sonu da olur. Son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də idi.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. Bilir axı mənfur yağı, bilir ki, ruhu yaralı olandan qorxacaqsan, bilir ki, aslanın erkəyi,dişisi olmur, intiqam,qisas yanğısı qadını belə cəngavər edə bilir.

Başına gələ biləcəklərini öncədən dərk edən qadın həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Düşmənə əsir düşən Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi o zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu. İşini ehtiyata buraxmayan nakam arzulu qadın ölməyini də şansa buraxmadı.

Saçlarından tutub sürüyə-sürüyə komandirin yanıma gətirilən qadının cəsədi artıq qan içindəydi. Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da Qaratelin Hacımahmudovanın, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir.

Subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü.

Qəhrəmanına qiymət vermək, sevmək, dəyərləndirmək də Vətənə və onun övladlarına düşdü. 1994-cü ildə Azərbaycan Respublikası prezidenti tərəfindən "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Qaratel Hacımahmudovanın adına çoxlu yazılar, tammetrajlı film və poema həsr olunub. Bu istinadlardan yola çıxaraq birinci Qarabağ müharibəsi şəhidi- teli qara, bəxti qara qəhrəman qadınımıza ehtiram dolu bir yazı yazmağı özümə də, qələmimə də borc bildim.

Nur içində qalın, köhnə və təzə şəhidlərim, köhnəlməyən və təzə qalan yaramız. Vətən sizə minnətdardır…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri