Yol polisi bu ərazidə piyadalara qarşı reydə başladı Xaos yaradıblar VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “Koroğlu” nəqliyyat mübadilə mərkəzinin qarşısında piyadaların piyada zolağından kənar ərazilərdən yolu keçməsi ilə bağlı problem var. Uzun müddətdir həmin ərazidə xaotik vəziyyət yaşanır, bu isə həm piyadalar, həm də sürücülər üçün real təhlükə yaradırdı.
Təlimçi Arzu Babazadə Avtosfer.-az-a bildirib ki, artıq Dövlət Yol Polisi bu ərazidə nəzarəti gücləndirərək reydlərə start verib. Yolun piyada zolağından kənar hissəsindən keçən piyadalara yerindəcə xəbərdarlıq edilir, onlara qaydalara riayət etməyin vacibliyi izah olunur. Məqsəd həm intizamı artırmaq, həm də baş verə biləcək qəzaların qarşısını almaqdır.
Təlimçinin sözlərinə görə, aparılan reydlər davamlı olacaq və qayda pozuntularının qarşısının alınması istiqamətində ciddi nəzarət təmin ediləcək.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















