Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə xəbərdarlıq edib
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürcülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib.
Bu barədə “Cebheinfo.az”-a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza riskinin yüksəlməsinə təsir göstərir. Hazırda mövsüm üçün xarakterik olan qeyri-sabit hava şəraiti fonunda bu ehtimal daha da çoxalır:
"Həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması, bu mənada sürücülərdən xüsusilə məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur".
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Əhməd
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















