Icma.az
close
up
RU
Yol polisi pozuntunu aşkar edirsə,... MÜNASİBƏT BİLDİRİLDİ

Yol polisi pozuntunu aşkar edirsə,... MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yol polisi hadisəni, pozuntunu aşkar edirsə, bunu sürücüyə sübut etməyə məcbur deyil". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

Onun sözlərinə görə, o aşkar etdiyi pozuntunu müvafiq qaydada, yəni qanunda nəzərdə tutulmuş formada rəsmiləşdirməli və bununla bağlı hadisənin ağırlıq dərəcəsinə uyğun olaraq ya özü tərəfindən qərar qəbul edilməli, ya da ki başqa orqana, qərar qəbul edilməsi üçün məhkəməyə göndərməlidir: "Yaxud da, pozuntu ilə bağlı, cinayət faktı varsa, müvafiq araşdırmanın aparılması üçün müvafiq quruma göndərməlidir.

Onun səlahiyyəti sübut etmək deyil, daha doğrusu, rəsmiləşdirməkdən ibarətdir. Əgər həmin şəxs yol polisinin hərəkətini mübahisələndirirsə, hər hansı rəsmiləşdirməsini əsas sayırsa, bununla bağlı məhkəməyə, yaxud orqanın özünə şikayət edirsə, o zaman yol polisi hərəkətinin qanuni olmasını sübuta yetirməlidir.

İXM-in 8.2-ci maddəsindən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Protokol əsasında çıxarılmış istənilən qərar (həm xitam barədə qərar, həm də tənbeh tətbiq etmə barədə qərar) rəsmi qaydada sürücüyə verilməlidir (göndərilməlidir). Sürücü həmin qərarı aldıqdan sonra ondan DYP-nın yuxarı orqanına (məhkəmənin qərarından apellyasiya məhkəməsinə) şikayət verə bilər. Şikayət verilmədikdə qərar rəsmi verildiyi gündən 10 gün sonra qüvvəyə minir. Belə qərar cərimə tətbiqi barədə olduqda cərimənin vaxtında ödənilməməsi müvafiq hüquqi nəticələr doğurur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri