Icma.az
close
up
RU
Fikirləşib edirsə, bir söz demək olmaz MÜNASİBƏT BİLDİRİLDİ

Fikirləşib edirsə, bir söz demək olmaz MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Mənfi enerjilərdən, bəd nəzərdən qorunmaq barədə Qurani-Kərimdə ayə var. Qələm surəsidir, dua da hesab olunur, ya onu oxuyurlar, ya da yazıb nəzər dəymiş adamın üstündə saxlayırlar, xüsusilə də uşaqların. Təsirini görmək olur". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, amma əlavə ad qoymaq kimi digər məsələlərin də praktikada təsirini görmüşük: "Bunun dini mövzu olduğunu demək bir az çətindir. Bir növ əqli bir şeydir ki, yəni "necə edək ki, bu təhlükədən qorunsun". Sanki bəd nəzər edəni azdırır, çaşdırır. İkinci ad bu nöqteyi nəzərdəndir.

Dində buna mənfi baxılmır. Ümumiyyətlə, bizim dinimiz bəzi qeyri-ənənəvi təriqətlərin düşündüyü kimi deyil. Bəzi təriqətlər var ki, düşünürlər, təbliğ edirlər, hətta bu cür düşünməyənləri düşmən elan edirlər. Qarşına qara pişik çıxdı, buna əməl etsinsə, şirkdir, gözmuncuğu taxdınsa, üzərlik yandırdınsa, şirkdir. İslam dini belə deyil. İslam dini düzə düz, əyriyə əyri, neytrala neytraldır. İslam dini deyir ki, qara pişik qarşına çıxırsa, bunun sənin qərarlarına heç bir aidiyyatı yoxdur. Bir nəfər asqırırsa, mənfidənsə müsbət düşünməlisən ki, sənin qərarına dəstək də haqdan gəldi. Üzərlik yandırmaq, gözmuncuğu taxmaq dini deyil, amma İslam dini buna günah, şirk kimi də baxmır. Hər şey ağ-qara deyil, rəngləri olduğu kimi görməliyik. Bəzi radikal insanların əqidəsidir ki, ya ağ, ya qara, ya sıfır, ya yüz. Bu, doğru deyil. Ağ, yaşıl, sarı, göy, boz var, hərəsinin neçə rəngi var, sonra qara var. O nöqteyi-nəzərdən baxanda İslamda hər şey ya qəbuldur, ya düşməndir deyilir. Bəli, İslama görə insanın həyatında əsas təsir qoyan amil ya savab, ya da günah əməllərdir. Yaxşı iş görərsənsə, Allah sənə uğur verər. Pis iş görərsənsə, Allah sənə bədbəxtlik verər. Amma bəzi işlər İslam nöqteyi-nəzərindən nə tələb olunur, nə tövsiyə olunur, nə də rədd olunur. Onlara neytral yanaşma var. Bir nəfər desə ki, "mənim qarşıma qara pişik çıxdı və mən bunu pis hesab elədim, ona görə də, cəhənnəmə gedəcəm", belə deyil.

İnsan gərək mümkün qədər pozitiv olsun, mümkün qədər müsbət enerjili olsun. Qurani-Kərimdə Allaha bədgüman olanlar tənqid olunur. Deyir, Allaha xoşgüman olun. Allahdan yaxşılıq gözləyin. Bu nöqteyi-nəzərdən ad dəyişmək, uşaqlıqdan başqa ad qoymaq ona görə var ki, cadu təsir etməsin. Ona görə də, adı dəyişirlər ki, cadu təsir etməsin. İslami deyil, dini təlimatlara əsaslanmır. Amma kimsə dəyişirsə, deyə bilmərik ki, bunu etdiyi üçün cəhənnəmə gedəcək. El adətidir. Fikirləşib edirsə, bir söz demək olmaz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri