Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Yol polisi sürücünü hansı hallarda saxlaya bilər? ŞƏRH EDİLDİ

Yol polisi sürücünü hansı hallarda saxlaya bilər? ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Yol Patrul Xidməti əməkdaşı sürücünü bir neçə hallarda saxlaya bilər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, birincisi, stasionar postlarda saxlaya bilər: "Polis sürücünü hər bir stasionar postda saxlayıb onun sənədlərini yoxlaya bilər.

İkincisi, sürücü qayda pozuntusu etdikdə saxlanıla bilər. Hər hansı bir qayda pozuntusunda yol patrul xidmətinin əməkdaşı onu saxlaya bilər.

Üçüncüsü, əgər sürücünün hərəkətlərində sərxoş olub-olmadığına dair şübhəli məqamlar varsa, bu zaman da yol polisi onu saxlaya bilər. İlk baxışda vizual müşahidədə görürsən ki, sürücü avtomobili anormal idarə edirsə, gərəksiz yerə sağa-sola çəkirsə, bu hallarda da saxlaya bilər.

Bir də xüsusi tapşırıq olduqda yol polisi sürücünü saxlaya bilər. Bu zaman rəsmi şəkildə xüsusi tapşırıq verilir.

“Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi, habelə “Yol-patrul xidməti haqqında” Təlimat yol-patrul xidmətinin əməkdaşı tərəfindən sürücülərdən nəqliyyat vasitəsinin dayandırılması tələbinin əsaslarını müəyyən edir.

Nəqliyyat vasitəsini idarə edən şəxslərdən (yəni sürücülərdən) yalnız aşağıdakı hallarda nəqliyyat vasitəsini (yəni misal üçün avtomobili) dayandırmaq tələb oluna bilər (Yol hərəkəti haqqında qanunun 85-ci maddəsi):

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə;

2) törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxud Bakı Nəqliyyat Agentliyinin qərarı olduqda;

3) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə Daxili İşlər Nazirliyinin digər əməkdaşından məlumat daxil olduqda;

4) nəqliyyat vasitəsi axtarışda olduqda;

5) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

6) qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə).

Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.

Yol polisi əməkdaşı nəqliyyat vasitəsini dayandırdıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan qanunda göstərilən sənədləri təqdim etməyi tələb edir.

Qeyd: Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.

Nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verilir.

Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə Daxili İşlər Nazirliyinin digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir".

"Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

Yol hərəkəti qaydalarının pozuntusu aşkar olunduqda faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).

Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:719
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri