Icma.az
close
up
RU
Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 11–12 sentyabr tarixlərində ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır. Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

AZXEBER.COM xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik baxımından aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edir:

Güclü külək müşahidə olunan ərazilərdə sürət həddini azaltmaq və hərəkəti hava şəraitinə uyğun qurmaq;

Digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorumaq;

Qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərində daşınan yüklərin etibarlı qablaşdırılmasına xüsusi diqqət yetirmək;

Açıq magistral yollarda, körpülərdə və dağlıq ərazilərdə daha diqqətli olmaq;

Ötmə əməliyyatı zamanı küləyin axınını nəzərə almaq;

Küləyin təsiri altında hərəkət edərkən aşma riski olan obyektlərin kənarında diqqətli olmaq, avtomobili park edərkən isə onların altında saxlamamaq.

Eyni zamanda, piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı daha ehtiyatlı davranmaları vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını qaydalara məsuliyyətlə yanaşmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri