Yol polisini ələ salan bloqer axtarılır VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Dağıstanda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan bloqer axtarılır.
Avtosfer.az xəbər verir ki, yerli bloqer Şamil Kərimov etdiyi hərəkətlərini qeydə alaraq sosial şəbəkə hesabından paylaşıb.
Belə ki, bloqer yolda xidmət aparan yol polisi əməkdaşını görüb və onlarla öz aləmində “əylənmək” istəyib. O, idarə etdiyi avtomobilin sükanı arxasına alüminium qutulardan hazırlanmış manikeni əyləşdirərək nəqliyyat vasitəsini hərəkətə gətirib.
Bu zaman yol polis əməkdaşı avtomobilə saxla əmri verib, lakin maşını saxlayan olmayıb.
Ardınca polis əməkdaşı avtomobili təqibə başlayıb.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları qayda pozan şəxsin şəxsiyyətini müəyyənləşdirir və saxlanılması üçün tədbirlər görür.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Yanvar 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















