Icma.az
close
up
RU
Yol qəzalarının əsas səbəbləri nələrdir? EKSPERT AYDINLIQ GƏTİRDİ

Yol qəzalarının əsas səbəbləri nələrdir? EKSPERT AYDINLIQ GƏTİRDİ

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Maşın qəzaları müasir cəmiyyətin ən ciddi problemlərindən biridir. Hər il yol-nəqliyyat hadisələri nəticəsində yüzlərlə insan həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alır.

Bəs bu qəzaların əsas səbəbləri nələrdir?

Gununsesi.info-ya danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzunu belə şərh edib:

“Təəssüf ki, Bakı küçələri hibrid vəziyyətə düşüb – nə tam küçədir, nə də yoldur. Bunun nəticəsində ciddi problemlər yaranır. Məsələn, bir zolağın eni 3 metr olmalı olduğu halda, bəzi yerlərdə 5 metrə qədər genişlənir. Nəticədə, bir zolaqda yalnız bir maşın hərəkət etməli olduğu halda, başlanğıcda bir avtomobil gedir, sonuna yaxın isə 5 maşın yan-yana düzülür. Bu isə zəncirvari tıxacların, sıxlığın və yanlış manevrlərin yaranmasına səbəb olur.

Buna görə küçələr yenidən planlaşdırılmalı, zolaqlar ensizləşdirilməklə sabit və nizamlı axın təmin edilməlidir. Məqsəd riskləri minimuma endirmək, hərəkəti dayandırmadan idarə olunan sıxlıq yaratmaqdır. Bu tədbirlər həm yanlış manevrlərin, həm də zəncirvari tıxacların qarşısını almağa kömək edəcək”.

Ekspert qeyd edib ki, sürücülük hüququ da təkmilləşdirilməlidir:

“Dünyada mövcud olan tələblər bizdə də tətbiq olunmalıdır. Psixoloji testlərdən başlayaraq müxtəlif nəqliyyat vasitələrinə görə ayrıca yanaşmalar olmalıdır. Məsələn, uşaq avtobusu idarə edən, sərnişin avtobusu sürən və ya yük maşını sürücüsü ilə sadəcə minik avtomobili idarə edən şəxsin tələbləri eyni ola bilməz. Hər kateqoriyaya uyğun ayrıca şərtlər müəyyənləşdirilməli, bütün bu tələblər isə indiyə qədər rastlaşdığımız risklər nəzərə alınaraq daha da sərtləşdirilməlidir.

Digər mühüm məsələ sürücülərin müəyyən vaxt aralığında bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün xüsusi kursların keçirilməsidir. Bundan əlavə, yol hərəkəti qaydalarının pozulmasına qarşı daha sərt tədbirlər görülməlidir ki, bu da sürücülük hüququndan müvəqqəti məhrumetməyə qədər uzana bilər.

Məsələn, avtomobilin piyada keçidində park edilməsi, yüksək sürətlə hərəkət edilməsi və ya qırmızı işıqda keçid kimi qayda pozuntuları ilk dəfə cərimə ilə nəticələnə bilərsə, təkrar hallarda daha sərt şəkildə qarşılanmalıdır. Bu, hətta sürücülük hüququnun 6 ay və ya 1 il müddətinə məhdudlaşdırılmasına qədər tətbiq edilə bilər. Yalnız bu yolla sürücülər intizama alışar və yekunda yol təhlükəsizliyi sahəsində daha yaxşı nəticələr əldə olunar”.


Rauf Ağamirzəyev bildirib ki, yol qəzaları dünyanın hər yerində baş verir və bu, yalnız Azərbaycana xas problem deyil:

“Əsas məsələ qəzanın nəticəsinə yönəlmiş qərarların qəbul olunmasıdır. Qəzanın nəticəsi maddi ziyan, yüngül xəsarət və ya ölümdürmü? Əgər söhbət ölümdən gedirsə və bu hallar artmaqda davam edirsə, deməli, təhlükəsizliyin təmin olunması üçün kompleks tədbirlər görülməlidir.

Bu baxımdan sürəti azaldan və küçələri sakitləşdirən həllərin tətbiqinə ehtiyac var. Dünyada sıfır ölüm strategiyası – Vision Zero modeli mövcuddur və bizdə də geniş tətbiq olunmalıdır. Şəhərdə küçələr çoxfunksiyalı olmalı, bütün hərəkət iştirakçıları – piyada, mikromobil, ictimai nəqliyyat nəzərə alınaraq tənzimlənməlidir. Axınların qarışmaması, hər kəsin təhlükəsiz və maneəsiz hərəkət edə bilməsi üçün şərait yaradılmalıdır.

Piyadalar üçün qısa və təhlükəsiz keçidlər təmin olunmalı, sürətə nəzarət gücləndirilməlidir. Çünki sürət yüksək olanda, xüsusilə piyada ilə toqquşma zamanı nəticə çox vaxt ölümlə yekunlaşır. Ona görə də sürəti azaldan həllərin tətbiqi vacibdir ki, qəzanın nəticələri daha yüngül olsun və risklər minimuma ensin”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri