Icma.az
close
up
RU
Yol qırağında satılan kabablar təhlükəli ola bilər AÇIQLAMA

Yol qırağında satılan kabablar təhlükəli ola bilər AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yol qırağında qurulmuş kiçik kababxanalar Azərbaycanın bir çox bölgəsində rast gəlinən ənənəvi qida məkanlarıdır. Sadə quruluşlarına baxmayaraq, bu obyektlər əksər hallarda yolüstü səfərdə olanlar, sürücülər və yerli sakinlər üçün cəlbedici dayanacaq nöqtəsinə çevrilir. Lakin burada hazırlanan kababların keyfiyyəti, sanitar-gigiyenik şəraiti və təhlükəsizlik standartlarına uyğunluğu ilə bağlı ciddi suallar yaranır.

Belə məkanlarda kabab satılması nə dərəcədə gigiyena qaydalarına uyğundur?

Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən qida eksperti Asim Vəliyev bildirdi ki, bütün fəsillərdə yol qırağında fəaliyyət göstərən kiçik kababxanalar müşahidə edilir:

"Ancaq yay aylarında daha diqqətli olmalıyıq. Belə yerlərdə qida təhlükəsizliyi və gigiyena qaydalarına əməl olunub-olunmaması ilə bağlı şübhə hər zaman var. Bu obyektlərdə istifadə olunan ətin haradan alındığı, necə saxlandığı və nə qədər təzə olduğu bilinmir. Əgər ət soyuducuda düzgün şəraitdə saxlanılmayıbsa, zəhərlənmə riski var. Yayın istisində ətin uzun müddət açıq havada saxlanılması mikroorqanizmləri artırır. Soyuq zəncir təmin olunmayanda ət qısa müddətdə xarab ola bilir".

Ekspert qeyd etdi ki, çiy ət ilə bişmiş ətin eyni səthdə hazırlanması da çarpaz çirklənməyə səbəb olur:

"Kiçik obyektlərdə çalışan insanların əllərinin təmizliyi, istifadə olunan bıçaq, lövhə və digər avadanlıqların gigiyenik olub-olmaması da əsas məsələdir. Bəzən təkcə əlin təmiz olmaması belə mikroorqanizmlərin kababa keçməsi üçün kifayət edir. Açıq havada hazırlanan kabablar ətraf mühitin təsirinə məruz qalır. Avtomobil tüstüsü, toz, milçək və digər çirkləndirici faktorlar məhsulun üzərinə qonaraq sağlamlığa zərər verə bilir".

Asim Vəliyev vurğuladı ki, bütün bu təhlükələrdən, risklərdən siğortalanmaq üçün obyektin ümumi təmizliyinə fikir vermək lazımdır.

"İşçi geyimi, kabab bişirilən səthin görünüşü və ətin necə saxlandığı bizdə ilkin təsəvvür yarada bilər. Ətin soyuducuda saxlanılıb-saxlanılmadığını, çiy və bişmiş ətin qarışmadığını müşahidə edə bilərik.
Kababın daxilən tam bişib-bişmədiyini yoxlasaq yaxşı olar. Yarımçıq bişmiş ət qida zəhərlənməsinə səbəb ola bilər", - deyə müsahibimiz əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri